Valbuena klubunu dəyişmədi

30.06.2022 23:56 394
Dünya futbolu
Matye Valbuena klubunu dəyişməyəcək.

Fransa yığmasının sabiq yarımmüdafiəçisi “Olimpiakos”la müqaviləsini birilliyə yeniləyib.

37 yaşlı futbolçu Yunanıstan klubunda 2019-cu ildən çıxış edir. Matye ötən mövsüm bütün turnirlərdə iştirak etdiyi 42 matçda 3 qol vurub və 8 məhsuldar ötürmə edib.