Ukraynalı futbolçu London klubundan ayrıldı

29.05.2022 17:50 460
Dünya futbolu
Andrey Yarmolenko “Vest Hem”dən ayrılıb.

Klubun rəsmi saytının məlumatında ukraynalı yarımüdafiəçinin londonlularla müddəti iyunun 30-da başa çatacaq müqaviləsini yeniləmədiyi bildirilib. Yarmolenko paytaxt klubunda 2018-ci ildən çıxış edirdi. O, ötən müddətdə “çəkicdöyənlər”in formasında meydana çıxdığı 86 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə edib.