• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona” hələ yalnız 13 futbolçunu qeydiyyatdan keçirib

Dünya futbolu

14-07-2023, 22:0

“Barselona” həmişə olduğu kimi, yenə də diqqət mərkəzindədi. Bu komandanın dünyanın dörd bir yanında yaşayan azarkeşləri problemlərə son qoyulacağı günü səbirsizliklə gözləyirlər. Amma...

"Football-plus.az" xəbər verir ki, İspaniya La Liqasının rəsmi informasiyasına görə, “Barselona” hələ ki yalnız 13 futbolçunu növbəti mövsümdə iştirak üçün qeydiyyatdan keçirib. Bu siyahıya Mark-Andre ter Ştegen, Jül Kunde, Erik Qarsiya, Andreas Kristensen, Pedri, Qavi, Frank Kessye, Ferran Torres, Frenki de Yonq, Ansu Fati, Robert Levandovski, Usman Dembele və Rafinya daxildi. Məhz bu futbolçuların ad-soyadı qurumun saytında yer alıb.
“Barselona” Ronald Arauxo, Aleks Balde, İlkay Gündoğan, İnyiqo Martines kimi vacib oyunçuları, eləcə də bəzi başqalarını qeydiyyatdan keçirməyib. Mövsümün startına qədər klubun sərəncamında hələ 30 gün var. “Barselona” maliyyə problemindən qurtulmaq üçün, çox güman, bəzi oyunçuların satışı hesabına əməkhaqqı fondunu ciddi şəkildə azaldacaq.

Bu arada “Barselona”nın Ter Ştegenlə müqavilə müddətini uzatmaq istəyi haqda xəbər yayılıb. Qapıçının Kataloniya klubu ilə müqaviləsinin vaxtı 2025-ci ilə qədərdi. “Marca” xəbər verir ki, tərəflər müqavilə müddətinin uzadılmasıyla bağlı danışıqlara başlayıb. Almaniyalı qapıçıya 2028-ci ilə qədər müqavilə təklif olunur. “Barsa”nın idman rəhbərliyinin ideyası bundan ibarətdi ki, qapıçı karyerasını bu komandanın heyətində bitirsin. Xatırladaq ki, Ter Ştegen “Barselona”ya 2014-cü ildə keçib. 31 yaşlı qapıçı La Liqanın son mövsümündə meydana çıxdığı 38 oyunda 18 qol buraxıb.

Yeri gəlmişkən, klub prezidenti Xuan Laporta bəzi maraqlı açıqlamalar verib. O, “Barselona”nın “Real”dan üstün olduğunu iddia edib: “Real”la müqayisədə daha yaxşı komandaya malikik, fərdi planda da rəqib üzərində üstünlüyümüz var. Klubun üzvü və azarkeşi kimi yaratdığımız komandadan çox razıyam. İnyiqo Martineslə İlkay Gündoğanı Xavi istəyirdi. Deyə bilərik ki, artıq Viktor Roke də bizim oyunçudu. Düşünürəm ki, bizə sağ cinah müdafiəçisi lazımdı və bunun üzərində işləyirik. Həmçinin orta sahəni gücləndirmək fikrindəyik”.

Təbii ki, Laporta Lionel Messinin “Barsa”ya keçidinin alınmamasına da toxunmalı olub: “Biz razılaşmışdıq, ancaq hər şeyin öz vaxtı var və bəzən iş ritmi hər kəsdə fərqli olur. Müqavilə razılaşdırılmışdı, ancaq La Liqa klubun iqtisadi planını bəyənəndən sonra Messinin atası mənə dedi ki, Leo PSJ-də iki çətin il keçirib, əziyyət çəkib, indi isə təzyiqin az olduğu çempionatda oynamaq istəyir. Tam anlaşılan izahatdı”.

Laportaya müqavilə müddəti gələn ilin iyununda bitəcək Usman Dembele ilə bağlı da sual verilib. Onun dəbbəpulu cəmi 50 milyon təşkil edir, bu yay klubdan gedəcəyi təqdirdə futbolçu və agentləri 25 milyon alacaq, ona görə ki, əvvəlki müqavilə imzalanarkən imzahaqqı ödənilməyib. Laporta Usmanın agentlərinin danışıqlarla bağlı vaxt limiti qoymasından narahatdı, bununla belə, əmindi ki, futbolçu yalnız “Barselona” haqda düşünür: “Dembele baş məşqçiyə, texniki personala və mənə çox əziz olan oyunçudu. Mən onun böyük fanatıyam. Usmanın agentləri ilə danışıq aparmaq çox çətindi. Onun mövqeyinə hörmət edirəm, ancaq hər şey son anda baş verir. Hazırda onu saxlamaq üçün danışıq aparırıq, ümid edirəm ki, məsələ həllini tapacaq. “Barsa” Dembeleyə çox şey verib, o da “Barsa”ya. Son mövsümdə həlledici fiqur idi. Düzdü, zədəsi olub. Hər şeyi qaydasına salmalıyıq. Usman son mövsümdə əvvəlkilərlə müqayisədə yaxşı oynadı. Xavi onun oyununa heyrandı, elə mən də - və agentlər bunu bilirlər. Biz belə əməliyyatlar zamanı tələb olunan məntiqi, sağlam düşüncəni və soyuqqanlılığı itirmək istəmirik. Futbolçu tərəfindən də fərqli təklif var. Ötən il o bizə yardım əlini uzatdı”.
Xanım həmkarımız Laportaya xatırladıb ki, onda olan bilgiyə görə, Dembele klubu iyulun 31-nə qədər qüvvədə olan 50 milyon avroluq klausuranı aktivləşdirməyəcəyindən xəbərdar edib. “Barsa”nın prezidenti də bu xəbəri təsdiqləyib: “Bəli, belədi. Hazırda danışıqlar gedir. “Barsa” Dembelenin xoşuna gəlir və bu bizim üçün böyük uğurdu. Biz onu burda görmək istəyirik. Düşünürəm ki, qalacaq. İstədiyi budu. Ötən il ehtiyatlanırdıq ki, PSJ onu aparacaq, ancaq bu baş vermədi. Usman qalmaq istəyir, düşünmürəm ki, onun başqa komandaya keçmək arzusu var”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-06-2023, 16:0

Yalnız “Real”la “Barselona”nın oyunçuları…

Dünya futbolu

12-07-2023, 17:0

“Barselona” kimlərdən qurtulmağa çalışır?

Dünya futbolu

22-08-2022, 14:0

"Barselona" yeni transferini qeydiyyatdan keçirə bilmir

Çempionlar Liqası

13-09-2022, 22:0

Levandovski start heyətində

Dünya futbolu

31-03-2023, 19:0

Gündoğan “Barselona” ilə anlaşıb

Dünya futbolu

22-03-2023, 16:0

“Barselona”da iki itki

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • 1-08-2026, 21:0
    Güləşçimiz finalda - DÇ
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 160
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə