• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kəpəz” maliyyə çatışmazlığına görə Türkiyə toplanışını ləğv etdi

Premyer-liqa / Manşet

10-07-2023, 19:0

“Kəpəz” ötən “futbol ili”ni uğurlu keçirməyən premyer-liqa klublarındandı.

Tunir cədvəlində ən yaxın rəqibi “Səbail”i 2 xal qabaqlayaraq “kəfəni yırtan” gəncəliləri növbəti mövsüm də elitada görəcəyik. Bu dəfə “sarı-göylər”in “sükanı arxasında” Azər Məmmədov olacaq. Tərlan Əhmədovu əvəzləyən mütəxəssisdən gözləntilər böyükdü. Xatırlayırsızsa, gəncəlilər tanış simanın təyinatına çox sevinmişdi. Yeni baş məşqçi oturacağına əyləşən kimi islahatların olacağıyla bağlı mesaj vermişdi. Gün keçdikcə komanda ilə bağlı dəyişiklikləri duyuruq. Bu üzdən Azər Məmmədovla söhbət etmək qərarına gəldik.

- Təyinatınızdan sonra “Kəpəz”dən gözləntilər artıb. Yerli azarkeşlər bizimlə söhbətdə yaşıl meydanlarda Gəncə fırtınasının hökmranlıq edəcəyini iddia edir...
- İlk hədəf mübariz və mehriban kollektiv formalaşdırmaqdı. Bunun sayəsində gələcək planların sütununu möhkəm quracağıq. Klubun adına layiq pillələrdə qərarlaşmasına çalışacağıq.

- Mövsüm bitəndən sonra komandadan ayrılanlar oldu. Həmçinin yeni transferlər də var. Heyətin komplektləşdirilməsi prosesi sizi qane edir?
- Bütün addımlar planauyğun atılır. İstər qalanlar, istər gedənlər, istərsə də gələnlər haqda qərarı klubun parlaq gələcəyi üçün veririk. “Kəpəz”in durumunu yaxşılaşdırmaq üçün nə lazımdısa, edəcəyik. Heyət də ürəyimcədi. Qapı ilə bağlı çatışmazlığı aradan qaldırmışıq. Belaruslu Vladislav Vasilyuçeklə “1+1” illik sözləşmə imzaladıq. O, Yeqor Xvalko ilə birlikdə Gəncəyə gəldi. Əslində yerli qapıçı daha yaxşı olardı. Təəssüf ki, ölkədə yaxşı qolkiper azdı. Onların da qiyməti büdcəmizə uyğun deyil. Digər 2 qapıçımız isə Kamran İbrahimovla Elgün Bayramovdu. Elgünü əvəzedici komandadan məşqlərə cəlb etdik. O, gənc və potensiallı futbolçudu. “Kəpəz-2”dən başqalarını da götürmüşük. Transferlərdən nigeriyalı dayaq yarımmüdafiəçisi Onanquvanın keçidi tamamlanmaq üzrədi. “Qarabağ”dan isə Zamiq Əliyevlə “1+1” illik anlaşdıq “Qəbələ”dən müdafiəçi Rüfət Əhmədovu 1 mövsümlük icarəyə götürdük. Turan Rzayevlə müqaviləni 1 il müddətinə yenilədik. “Şamaxı”dan sabiq futbolçularımızı da qaytarmaq istəyirdik. Bilirsiz ki, maddi cəhətdən çatışmazlıqlar var. Bu üzdən təzminat məbləğinə gücümüz çatmadı. Əli Səmədov həmin vəsaiti özü ödəyərək sıralarımıza döndü. Zahid Mərdanovun keçidi üçün lazım olan pul isə ciddi rəqəmdi. Bu mövzuda dalana dirənmişik. Çox istərdim ki, o da “Kəpəz”ə dönsün. Bildiyimə görə, artıq bu mümkün deyil. Ümumilikdə tranfser işləri bitməyib və başqa futbolçuların keçidi ilə bağlı danışıqlar gedir. Büdcəmizə uyğun oyunçularla dərhal təmasda oluruq. 25 nəfərlik peşəkar heyət yaratmaq niyyətindəyik. Hər mövqedə iki oyunçu olsa, əla olar. Bir yerli futbolçunu da heyətə qatmaq istəyirik. Demək olar ki, həll olunub. Tam dəqiqləşmədiyi üçün adını açıqlamayacam.

- Redaksiyamıza daxil olan məlumata görə, Ehtiram Şahverdiyev “Kəpəz”lə müqavilə bağlamaq üzrədi. Bəlkə sonuncu cümlədə onu nəzərdə tutduz?
- Bəli (gülür).

- Bir ara mətbuatda Abdullahi Şuaybunun başqa premyer-liqa klublarından birinə satılacağı tirajlandı. Məsələ necə bitdi?
- Düzdü, bir neçə klubdan təklif var idi. Hətta Türkiyədən danışıqlar üçün müraciət edilmişdi. Yetərincə ciddi məbləğlərdən söhbət gedirdi. Amma razı ola bilməzdim. Şuaybu istedadlı futbolçudu. Növbəti mövsümün gərgin keçəcəyini nəzərə alıb heyətdə saxlamağa qərar verdim.

- Bir çox təcrübəli futbolçu klubdan ayrıldı. Yeni mövsümdə kapitan sarğısını kimin qolunda görə bilərik?
- Ən ideal variant Vurğun Hüseynovdu. Onun oyun tərzinə yaxşı bələdəm. Üstəlik, yetərincə kapitan təcrübəsi var.

- Məşqçilər korpusu ilə bağlı proseslər tamamlandı. Bir neçə gün öncə sonuncu köməkçi Vasif Vəliyevin də “Kəpəz”ə qayıtdığını öyrəndik.
- Elədi ki var. Xaliq Mərdanov, Etibar İbrahimov, Vasif Vəliyev, qapıçı məşqçisi Tariyel Hüseynov və analitik məşqçi İlkin Verdiyev ilə birgə çalışacağıq. Hər biri təcrübəli mütəxəssislərdəndi. Ortaya yaxşı iş qoyacağımıza inanıram. Bildiyiniz kimi, Vasif Vəliyev “Qarabağ-2”nin baş məşqçisi Cavad Mirzəyevin köməkçisi idi. Onunla uzun illər bir yerdə çalışmışıq. U-15 və U-16 millilərimizdə çiyin-çiyinə olmuşuq. İlkin Verdiyev B kateqoriyalı mütəxəssisdi. Daha əvvəl “Kəpəz”in U-16 komandasında baş məşqçi idi. Xaliq Mərdanov indiyə qədər “Kəpəz-2”ni çalışdırırdı. Etibar İbrahimov da vaxtilə “Kəpəz”də baş məşqçi olub. PRO kateqoriyalı məşqçidi. Hər birinə güvənirəm və yaxşı münasibətimiz var.

- Xaliq Mərdanov “Kəpəz-2”dən ayrılıbsa, komanda kimə tapşırılıb?
- Dərhal yeni təyinat oldu. Komandanı Zaur Əsədov çalışdıracaq. Köməkçiləri də özü seçəcək. Bir az vaxt lazımdı.

- Komanda və məşqçilər ilə bağlı danışdıq. Demək olar ki, heyətin komplektləşdiyi aydındı. Bəs ümumi yay planında başqa hansı çalışmalar nəzərdə tutulub?
- Hazırlığa Gəncədə başladıq. İlk işimiz fiziki cəhətdən formaya düşmək oldu. Futbolçular istirahətdən döndükcə sayımız artdı. Bildiyiniz kimi, bu gün (dünən — red.) “Səbail”lə ilk yoxlama görüşünü keçirəcəyik. Oyundan sonra Gəncəyə qayıdacağıq. İki gün istirahətdən sonra hazırlığın ikinci mərhələsi başlayacaq. İyulun 13-də yenidən Bakıda olacağıq. Ertəsi “Zirə” ilə yoxlama oyunumuz olacaq. Çox güman, bu matç da Bakı Olimpiya Stadionunda baş tutacaq. Sonra paytaxtda qalıb təlim-məşq toplanışına davam edəcəyik. Həmin dönəmdə daha 3 matç keçirmək istəyirik. Digər rəqiblər hələ bəlli olmasa da, danışıq apardığımız klublar var.

- Deyəsən, komandanın başqa ölkəyə səfər planı “suya düşdü”…
- Təəssüf ki, hə. Maliyyə çatışmazlığına görə Türkiyə toplanışını ləğv etdik. Orda fərqli nəticələr əldə edə bilərdik. Sponsorumuzun olmaması ümumi işlərə mənfi təsir edir. Amma bunu bəhanə edib geri çəkilmək doğru olmaz. Çünki “Kəpəz”ə gələndə reallıqları bilirdim. Ümid edirəm ki, tezliklə büdcəmiz daha yaxşı səviyyəyə qalxar. Alınmasa belə, çalışmalıyıq ki, maddi duruma uyğun futbolçularla razılaşıb hədəflərimizə doğru addımlayaq.

- Komanda ötən mövsüm stadionla bağlı böyük problemlər yaşadı. Uzun müddət idman ictimaiyyətinin gündəmini ot örtüyünün yararsız vəziyyəti tutdu. Klub növbəti mövsüm üçün bu problem həll edə biləcək?

- Stadionda işlər gedir. Yəqin ki, yeni “futbol ili” başlayana qədər bitəcək. Ev oyunlarını Gəncədə keçirmək istəyirik. Ümid edirəm ki, çatışmazlıq olmaz və rəqiblərimizlə “doğma divarlar” arasında mübarizə apararıq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

12-06-2023, 15:0

"Ötən mövsüm "Kəpəz"dən ayrılan gəncəli oyunçuları qaytarmağa çalışacağıq"

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Aktual / Ölkə futbolu

27-06-2023, 13:0

"Kəpəz" millinin üzvü ilə maraqlanır - ÖZƏL

Premyer-liqa / Manşet

6-09-2022, 18:0

“Kəpəz” azarkeşlərinin Tərlan Əhmədovun təyinatına münasibəti necədi?

Ölkə futbolu

26-05-2022, 11:0

"Kəpəz" iş adamlarından dəstək istədi

Premyer-liqa / Manşet

23-04-2023, 11:0

“Kəpəz”in Şuaybu ilə bağlı planı

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 252
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə