“Atletiko” ilə anlaşdı

6.07.2023 23:12 181
Dünya futbolu
“Çelsi” ilə müqaviləsi qarşılıqlı razılıq əsasında qüvvədən salınan Sesar Aspilikuetanın yeni iş yeri müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, təcrübəli futbolçu 13 ildən sonra yenidən vətəni İspaniyada çıxış edəcək. O, “Atletiko” ilə anlaşıb. İnsayder Fabritsio Romano Aspilikuetanın madridlilərlə 2 illik müqaviləyə qol çəkəcəyini xəbər verib.

Xatırladaq ki, 33 yaşlı Sesar 2010-cu ildə “Osasuna”nı tərk edəndən sonra iki il “Marsel”də, 11 il “Çelsi”də top qovub.