"Football-plus.az" xəbər verir ki, bu məbləğ “Bavariya”nın gözünü qorxutduğundan münhenlilər artıq bu mübarizədən çəkiliblər. Amma “Çelsi”nin bu məbləği ödəyəcəyi istisna olunmur. Hər halda, mərkəz hücumçusuna ehtiyac duyan London klubunun rəhbərliyi hazırda Osimhenin transferi üzərində ciddi baş sındırır.
Bu arada Osimhen vətəni Nigeriya mətbuatına verdiyi açıqlamada “Napoli”nin çempionluğu və ötən mövsüm yaşadıqları barədə danışaraq bunları deyib:
“Fikrimcə, dünya futbolundakı ən nüfuzlu titullardan birini qazandım. “Napoli” futbolçunun etdiyi ən xırda şeylərə belə dəyər verməyi bacaran klubdu. Skudettonu qazanmaq mənim və karyeram üçün çox böyük hadisədi. Eləcə də ondan sonra gələn digər turnirlər – Çempionlar Liqası, İtaliya kuboku da mənim üçün dəyərlidi. Adımı tarixə yazdırmağımla fəxr edirəm. Bundan sonra karyeramda nə baş verməsindən asılı olmayaraq, bu skudetto mənim üçün həmişə dəyərli olacaq. Yenə də üzərimdə durmadan çalışıram. Titullar adamda asılılıq yaradır. Kolleksiyamı yeni titullarla zənginləşdirmək istəyirəm. Ona görə də yeni mövsümün startını səbirsizliklə gözləyirəm. Neapol qədər futbolu sevən, futbolla yaşayan ikinci şəhər görməmişəm. Klubun bütün oyunçuları şəhərdə sevilir. Orda hara gedirəmsə, özümə qarşı böyük hörmət görürəm.
Uşaqlar məni sevir, böyüklər isə mənə sanki bir Tanrı kimi baxır. Saysız-hesabsız insan mənim taxdığım maskadan taxır. Bu, mənim necə böyük iş gördüyümü və bu insanlar üçün nə dərəcədə dəyərli olduğumu göstərir. Neapolu seçməklə düzgün addım atdım və çox xoşbəxtəm. Bu komanda və şəhər üçün etdiklərim mənim hər səhər gülərüz şəkildə oyanmağıma səbəb olacaq. Gələcəkdə nəvələrim nə vaxtsa bu şəhərə gəlsələr, biləcəklər ki, mən burda əsl möcüzə yaratmışam”.

ƏLİ