Osimhen İquayna məxsus rekordu yenilədi

22.02.2023 17:53 198
Dünya futbolu
“Sassuolo” ilə matç Osimhen üçün əlamətdar oldu.

Football-plus.az xəbər verir ki, “Napoli”nin hücumçusu karyerasında 100-cü qolunu vurdu. 24 yaşlı nigeriyalı futbolçu yubiley qolunun sevincini 197-ci oyununda yaşadı.

Maraq üçün qeyd edək ki, müasir futbolun ən yaxşı bombardirlərindən olan Lionel Messi karyerasında 100 qol həddinə 210-cu, Kriştiano Ronaldo isə 301-ci oyunda çatıb. Osimhenin çempionatda ardıcıl 7-ci oyunda qapıya yol tapmaqla “Napoli”nin sabiq hücumçusu Qonsalo İquayna məxsus rekordu yenilədiyini də bildirək.