Rövşən Hüseynli klub seçimini etdi

4.07.2023 13:30 384
Aktual / Yığma
Futzal millimizin üzvü Rövşən Hüseynli 2023/24 mövsümündə də legioner həyatı yaşayacaq.

Bu barədə "Football-plus.az"a onun özü məlumat verib. Təcrübəli futzalçı karyersına Qazaxıstan "Atırau"sunda davam edəcək. Rövşən klubla daha 1 illik müqavilə bağlayıb.

Xatırladaq ki, yüksək liqanın çempionu "Araz-Naxçıvan"ın qolkiperi heyətində görmək istəyi alınmamışdı. Bundan başqa, qapıçıya Rusiya və Fransa klublarından da təkliflər var idi.

KƏNAN BAHADIR