Rövşən Qazaxıstanda ad aldı

20.06.2023 17:13 224
Aktual
Qazaxıstan Futzal Federasiyasının rəsmi saytında ilin qapıçısını müəyyənləşdirmək üçün sorğu keçirilib.

“Football-plus.az” xəbər verir ki, futzal millimizin və Qazaxıstan “Atırau”sunun üzvü Rövşən Hüseynli 52 xal toplamaqla hamını qabaqlayıb. O, ən yaxın rəqibi Cinyor Duqlası 13 xal qabaqlayıb. 3-cü yerdə isə 23 xalla Dayren Tursaqulov qərarlaşıb.

Xatırladaq ki, sorğuda 10 qapıçının namizədliyi irəli sürülüb.

KƏNAN BAHADIR