• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldonu Ginnesin Rekordlar Kitabına aparan yol...

Dünya futbolu / Manşet

29-06-2023, 19:0

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin ötən çərşənbə axşamı keçirilən İslandiya – Portuqaliya oyununda Kriştiano Ronaldo möhtəşəm rekorda imza atdı - əvvəllər dünya futbol tarixində heç kim milli formada 200 oyun keçirməmişdi.

"Football-plus.az" xəbər verir ki, bu yolun ayrı-ayrı mərhələləri haqda danışmağa dəyər.

Kriştiano sanki bədxahlarına acıq verirmiş kimi tempi aşağı salmır: iyunun 20-də milli komandada rəsmi oyunların sayı üzrə rekord müəyyənləşdirdiyinə görə Ginnesin Rekordlar Kitabının sertifikatını aldı. Ancaq bu da hamısı deyil: 38 yaşlı forvard yığmadakı yubiley oyununun 89-cu dəqiqəsində skandinavların qapısından qələbə topunu da keçirdi. Kriş həmin gecəni ömürboyu unutmayacaq. Belə möhtəşəm uğur bizə Ronaldonun milli komandadakı yubiley oyunlarına xatırlamaq üçün əsas verdi.

№ 1. Portuqaliya – Qazaxıstan 1:0
8 avqust 2003
Yoldaşlıq oyunu

Kriştiano yığmada 2003-ün avqustunda – yeniyetmə yaşında debüt etdi. “Mançester Siti”nin 18 yaşlı futbolçusunu (İngiltərəyə bir həftə əvvəl köçmüşdü) həmin vaxt yığmanın “sükanı arxasında” olan Luis Felipe Skolari düşərgəyə çağırdı. O, Qazaxıstanla oyunun 2-ci hissəsində Ronaldonu meydana buraxdı. Maraqlıdı ki, Portuqaliya futbolunun gələcək ulduzu fasilədə ötənlərin əsas ulduzu Luis Fiqunu əvəz etdi. Cəmi 2 dəqiqə sonra topu ələ keçirən Kriş rəqib qapısına doğru qaçdı və az qala hesabı açacaqdı. Ona son anda qapıçı Yuri Novikov mane oldu. Gənc debütant qol vura bilməsə də, bir neçə təhlükəli vəziyyət yaratdı, möhtəşəm texnika göstərdi və medianı özü haqda danışmağa məcbur etdi.

№ 10. İspaniya – Portuqaliya 0:1
20 iyun 2004
AÇ-2024-ün qrup turnirinin oyunu

Vunderkindi evdə keçirilən Avropa çempionatına da qatdılar, ancaq piar xatirinə yox. Ronaldo turnirin gedişində əvəzedicidən əsas heyət oyunçusuna çevrildi, İspaniya ilə qrup oyununda ilk dəfə milli komandanın start heyətində göründü. Buna qədər portuqaliyalılar yunanlara uduzmuş və rusları məğlub etmişdilər, pley-offa çıxmaq üçün onları yalnız qələbə qane edirdi. Həmin vaxt Kriştianonun istedadı haqda artıq bütün Avropa danışırdı, buna görə də ona hansısa üzgörənlikdən söhbət gedə bilməzdi. Yarımmüdafiəçi topu ələ keçirən kimi rəqibin iki oyunçusu onun üzərinə şığıyırdı. 85 dəqiqə oynayan Ronaldo meydanı alqışlar altında tərk etdi, bir neçə dəqiqə sonra isə hakim Portuqaliyanın 1:0 hesablı qələbəsini və pley-offa vəsiqə qazanmasını qeydə aldı. Portuqaliya finala qədər irəliləyək və orda turnirdəki ikinci məğlubiyyətini də yunanlardan alacaqdı.

№ 50. Azərbaycan – Portuqaliya 0:2
13 oktyabr 2007
AÇ-2008-in seçmə oyunu

2007-də Kriştiano artıq premyer-liqanın və dünya futbolunun parlaq ulduzu idi, hərçənd cəmi 22 yaşındaydı. Üstəlik yığmanı meydana kapitan sarğısı ilə çıxarmağa da imkan tapmışdı – Braziliya ilə yoldaşlıq oyununda. Təxminən həmin vaxt portuqaliyalının sürətli və texnikalı vingerdən qol maşınına çevrilməsi başladı. AÇ-2008-in seçmə mərhələsində Belçika, Qazaxıstan və Ermənistanın qapısına yol tapdı, yığmadakı 50-ci oyun Azərbaycanla səfər qarşılaşmasına təsadüf etdi. Futbolçularımız Ronaldoya qətiyyən rəhm etmir, imkan tapan kimi sərtliklə qarşılayırdılar. Hədsiz canfəşanlıq Aslan Kərimova 29-cu dəqiqədə meydandan qovulmaq bahasına başa gəldi. Hər halda, Kriş həmin oyunda qol vura bilmədi, əvəzində Bruno Alveş ilə Uqo Almeyda Fərhad Vəliyevin qoruduğu qapıya yol tapdı.

№ 100. Portuqaliya – Şimali İrlandiya 1:1
16 oktyabr 2012
DÇ-2014-ün seçmə oyunu

Azərbaycanla oyundan bəri artıq çox sellər daşmış, çox su axmışdı. “Real”da “torba-torba” qollar vuran Kriştiano yığmanın əsas ulduzu və kapitanı kimi yerini bərkitmişdi. O artıq böyük ümidlər vəd edən driblinq ustası və simulyant yox, “Qızıl top”un sahibi, pleyboy, filantrop idi. Hərçənd Ronalda üçün yığmadakı 100-cü oyun möhtəşəm alınmadı. O, meydanı qolsuz tərk etdi, 79-cu dəqiqəyə qədər hesabda geri olan Portuqaliya isə yalnız Elder Poştiqanın qolu sayəsində məğlubiyyətdən qaçdı.

№ 150. Portuqaliya – Əlcəzair 3:0
7 iyun 2018
Yoldaşlıq oyunu

Kriştianonun məhsuldar hərəkətlə yadda qaldığı ilk yubiley oyunu. Kapitan Bruno Fernandeşə qol ötürməsi verdi və əlcəzairlilərin darmadağınında iştirak etdi. Bu, Ronaldonun Rusiyada keçirilən dünya çempionatı ərəfəsindəki son oyunu idi. O, Rusiya mundialında İspaniya ilə oyunda het-trik edəcək, Mərakeşlə oyunda qələbə topunu vuracaq və 1/8 finalda Uruqvaya məğlubiyyətdən sonra turniri tərk edəcəkdi.

Bonus: top-5 oyun
5. Portuqaliya - Niderland 2:1
17 iyun 2012
AÇ-2012-nin qrup turnirinin oyunu

Qrupun son oyununda Portuqaliyaya yalnız qələbə lazım idi, üstəlik paralel keçən oyunda danimarkalıların almanlara uduzmasını arzulayırdılar. Artıq 11-ci dəqiqədə hesabı açan “narıncılar” Portuqaliyanı hədsiz ağır vəziyyətə saldı. 28-ci dəqiqədə ideal şəkildə ofsayd tələsindən qurtulan Ronaldo hesabı bərabərləşdirdi. Ardından Stekelenburqun qapısına doğru ardı-arası kəsilməyən hücumlar başladı. Portuqaliyalılar 9-u “çərçivə”yə gedən 22 zərbə vurdu və nəhayət, 74-cü dəqiqədə Kriştiano ondan gözləniləni etdi. Ustalıqla 2-ci qolu vurdu – müdafiəçi ilə qapıçını soyuqqanlı şəkildə “bufetə göndərdi”, özü isə yaxın küncü nişan aldı. Portuqaliya 1/4 finalda Ronaldonun qolu sayəsində Çexiya yığmasını sıradan çıxardı, amma yarımfinalda məğlubedilməz ispanlara ilişdi: bu oyunun taleyini penalti seriyası həll etdi.

4. Portuqaliya – İsveçrə 3:0
9 iyun 2019
Millətlər Liqasının 2018/19 mövsümünün yarımfinalı

Belə uğurla Krişdən başqa heç bir futbolçu öyünə bilməz. Məhz o, Millətlər Liqasının kubokunu başı üzərinə qaldıran ilk kapitandı. 2019-da onun komandası yarımfinalda İsveçrə ilə qarşılaşdı. Yığma karyerasında 7-ci het-trikini reallaşdıran kapitan cərimə zərbəsindən də qol vurdu. Müdafiəçilərin başı üzərindən uçan top uzaq küncə düşdü. Gözəllik! Nəticədə Portuqaliya yığması finala çıxdı və orda da Niderlandı məğlub etməklə nüfuzlu mükafatı qazandı.

3. Portuqaliya – Uels 2:0
6 iyul 2016
AÇ-2016-nın yarımfinalı

“Real”ın iki nəhəng fiqurunun – Kriştiano ilə Qaret Beylin dueli bütün Avropanı həyəcanlandırırdı. Portuqaliyalılar tədricən öz güclərinə inanmağa başladılar və yığma tarixindəki ilk ciddi titula doğru addımladılar (buna qədər Avropa və dünya çempionatını qazanmamışdılar). Uelslə yarımfinal oyununda yorulmaq bilməyən Ronaldo meydan boyunca qaçır, müdafiəyə də yardım edirdi, 1+1 ilə yadda qaldı. Əvvəlcə künc zərbəsindən sonra özünəməxsus üslubda iki müdafiəçini qabaqlayıb hesabı açdı, bir neçə dəqiqə sonra isə onun cərimə zərbəsi Naniyə məhsuldar ötürməyə çevrildi. Beyl qalab vaxt ərzində komandasına heç nə ilə yardım edə bilmədi, birbaşa mübarizədə həmklubuna uduzdu. Portuqaliya finalda Fransanı məğlub etdi, oyunun əvvəlində zədələnən Ronaldo isə meydanın kənarında özünü baş məşqçinin köməkçisi kimi apardı, gecənin sonunda yığmanın heyətində qazandığı ən önəmli mükafatı başı üzərinə qaldırdı.

2. Macarıstan – Portuqaliya 3:3
22 iyun 2016
AÇ-2016-nın qrup turnirinin oyunu

Əsl triller və yenə də həmin Avropa çempionatının oyununda. Macarlar qrupun həlledici oyununda üç dəfə irəli çıxdı, portuqaliyalılar isə hər dəfə hesabı bərabərləşdirdi. Komandalar kimin pley-offa birbaşa vəsiqə qazanacağını (1-ci və ya 2-ci yerin sahibi kimi), kimin isə 3-cü yerdə qalacağını müəyyənləşdirirdilər. Ronaldo bütün gücünü meydanda qoydu: dubl etdi və məhsuldar ötürmə verdi. Özü də qollardan birini dabanla vurdu. Kriştiano oyundan sonra belə dedi: “Dəlisov oyun idi. Oyunun gedişində üç dəfə Avropa çempionatından “uçduq” və hər dəfə də döndük. Ağır oyun oldu, hava da isti idi, ancaq əsas vəzifə növbəti mərhələyə çıxmaq idi”.
1. Portuqaliya – İspaniya 3:3
15 iyun 2018
DÇ-2018-in qrup turnirinin oyunu

Soçidə keçirilən bu oyunda futbolsevərlər parlaq mübarizə izlədi. Top-yığmalar bir-birinə güzəşt etmək fikrində deyildi. Artıq ilk dəqiqələrdə Ronaldo özü qazandığı penaltini qola çevirdi. İlk yarının sonunda isə topu güclü zərbə ilə De Xeanın ayaqları arasından vurdu. Ehtiyatsız hərəkət edən qapıçı topun tora düşməsinə səbəbkar oldu. Gözlənilmədən ispanlar fəallaşdı və artıq portuqaliyalılar 2:3 uduzurdular. Epizodların birində Portuqaliya cərimə zərbəsi qazandı. Kriştiano üçün ağrılı mövzu idi – o, çoxdan cərimə zərbəsindən qol vurmurdu. Ancaq bu dəfə hər şey alındı – ideal zərbə və komandanı məğlubiyyətdən qurtaran gözəl qol!
***
Birinci!
Kriştiano Ronaldo futbol tarixində ilk dəfə yığmanın heyətində 200 oyun həddinə çatdı. Portuqaliyalının əsas rəqibi – Küveyt yığmasının forvardı Əl-Mutava 196-da dayanıb, son bir ildə heç bir oyuna çıxmayıb. Karyerasını davam etdirən veteranlara gəlincə, 160 dəfədən artıq meydana çıxan futbolçular Lionel Messi (175) ilə Luka Modriçdi (166).
yığmada oyun sayına görə liderlər
oyunçu mövqe yığma il oyun sayı
Kriştiano Ronaldo hücumçu Portuqaliya 2003 – indi 200
Bader Əl-Mutava hücumçu Küveyt 2003–22 196
So Çin Ann müdafiəçi Malayziya 1969–84 195
Əhməd Həssən yarımmüdafiəçi Misir 1995–12 184
Əhməd Mübarək yarımmüdafiəçi Oman 2003–19 183
Serxio Ramos müdafiəçi İspaniya 2005–21 180
Andres Quardado yarımmüdafiəçi Meksika 2005–22 179
Məhəmməd Əl-Deayya qapıçı Səudiyyə Ərəbistanı 1993–06 178
Kladuio Suares müdafiəçi Meksika 1992–06 177
Canluici Buffon qapıçı İtaliya 1997–18 176
Lionel Messi hücumçu Argentina 2005 – indi 175
Meynor Fiqeroa müdafiəçi Honduras 2003–22 175

Ronaldo milli komandaların bombardirləri sırasında da ən yaxın izləyicisi – karyerasını bitirən Güney Azərbaycan türkü Əli Daei ilə qol fərqini 14-ə çatdırdı. Portuqaliyalıdan 20 top geri qalan Messi isə bu göstəricidə 3-cü pillədə qərarlaşıb.
yığmalarda ən çox qol vuran futbolçular
oyunçu yığma qol sayı
Kriştiano Ronaldo Portuqaliya 123
Əli Daei İran 109
Lionel Messi Argentina 103
Mohtar Dohari Malayziya 89
Sunil Çhetri Hindistan 87
Ferents Puşkaş Macarıstan, İspaniya * 84
Əli Mabhut BƏƏ 81
Qodfri Çitalu Zambiya 79
Robert Levandovski Polşa 79
Hüseyn Səid İraq 78
Pele Braziliya 77
Neymar Braziliya 77
Şandor Koçiş Macarıstan 75
Kunisiqe Kamamoto Yaponiya 75
Romelu Lukaku Belçika 75
Bəşər Abdulla Küveyt 75
* - iki milli komandada oynayıb, həmin illərdə bu mümkün idi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-03-2022, 12:0

Ginnesin Rekordlar Kitabına düşdü

Dünya futbolu

24-03-2023, 20:0

Ronaldodan daha bir dünya rekordu!

Dünya futbolu

31-03-2023, 15:0

“Ginnesin Rekordlar Kitabı”na düşə bilər

Dünya futbolu

18-03-2023, 20:0

Ronaldo üçün növbəti rekord şansı

Dünya futbolu

14-12-2022, 10:0

“Ginnesin Rekordlar Kitabı” bu göstəricini qeydə almadı

Dünya futbolu

18-03-2023, 16:0

Karvalyo yenidən milli komandada

Aktual
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
“Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
"Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
“Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
Son xəbərlər
  • Bu gün, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
  • Bu gün, 13:28
    Mövsümü xilas etməyin yeganə yolu... – bütün hakimlər "həbs olunmalıdı"!
  • Bu gün, 13:07
    70-ci dəfə həftənin ən yaxşısı sayıldı
  • Bu gün, 12:56
    AFFA-dan "Neftçi"yə cəza yağdı - 26 min 200 manat!
  • Bu gün, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
  • Bu gün, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Bu gün, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Bu gün, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Bu gün, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Bu gün, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Dünən, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Dünən, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Dünən, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
  • Dünən, 21:03
    Fanatlar fotoqraflara xəsarət yetirdilər
  • Dünən, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 20:01
    Rəhim Həsənov Elçin Məsiyevlə İnqilab Məmmədovun səhvlərini açıqladı - VİDEO
  • Dünən, 19:40
    “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - BƏYANAT
  • Dünən, 19:09
    42 yaşında “daha bəsdi” dedi
  • Dünən, 18:38
    Avtoqəzada həlak oldu...
  • Dünən, 18:07
    “Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
  • Dünən, 17:52
    “Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
  • Dünən, 17:31
    “Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı - İCMAL
  • Dünən, 17:10
    ''Zenit'' liderliyi ''Krasnodar''dan ala bilmədi - İCMAL
  • Dünən, 16:59
    “İnter” “Komo”nu “ÇL zonası”ndan çıxardı - İCMAL
  • Dünən, 16:28
    “Monako” darmadağın oldu və 7-ci pilləyə düşdü - İCMAL
  • Dünən, 15:57
    Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib
  • Dünən, 15:36
    Lebron: 12 min məhsuldar ötürmə!
  • Dünən, 15:15
    Prezident kuboku “Kolorado”ya veriləcək
  • Dünən, 14:54
    "Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
  • Dünən, 14:33
    “Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
  • Dünən, 14:12
    1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
  • Dünən, 13:51
    Qax Lənkəran nağılını bitirdi
Daha çox
Oxunub: 544
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 267
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 263
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 238
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 182
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 182
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə