"Milan"ın yetirməsi Azərbaycan klublarına təklif olundu - ÖZƏL

26.06.2023 15:36 720
Aktual / Ölkə futbolu
Sloveniyalı futbolçu Jan Benediciç karyerasını Azərbaycanda davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi 2 klubumuza təklif olunub. Bunlar "Neftçi" və "Sabah"dı. Hazırda azad agent olan oyunçu ilə bağlı qərar yaxın günlərdə veriləcək.

Qeyd edək ki, yarımmüdafiənin dayağında çıxış edən futbolçunun son klubu "Koper" olub. 27 yaşlı oyunçu Sloveniya 1-ci liqasında 29 matçda meydana çıxıb. O, bu görüşlərdə 4 qol vurub. İtaliyanın "Milan" klubunun yetirməsidi. "Lids", "Komo", "Askoli", "Leyton", "Olbiya", "Çele" kimi klublarda da top qovub.

İLKİN SULTANLI