"Football-plus.az" xəbər verir ki, PSJ-nin futbolçusu növbəti mövsümə də komandada başlayacağını bildirib.
Qeyd edək ki, PSJ-ni heyətində 4-cü dəfə Fransa çempionu olan, Mbappenin bu yay “Real”a keçə biləcəyi haqda xəbərlər yenidən yayılmışdı. Lakin 24 yaşlı hücumçu bunun həqiqət olmadığını deyib:
“Fürsətdən istifadə edərək PSJ-nin bütün heyətinə təşəkkür etmək istəyirəm. Gələn il burada olacağam. Mən çox xoşbəxtəm”.





