“İndi bu barədə heç nə deyə bilməyəcəyəm” - Mbappe

24.04.2022 17:30 550
Dünya futbolu
Kilian Mbappenin növbəti mövsümə hansı komandada başlayacağı hələ ki bəlli deyil.

PSJ-nin idman direktoru Leonardo onun gələcəyi ilə bağlı yekun qərar vermədiyini deyib. Braziliyalı funksioner “RMC”yə açıqlamasında belə deyib:

“Kilian hələ də düşünür. Mbappenin klubumuzda qalmaq ehtimalı var, amma o, neçə vaxtdı gələcəyi barədə fikirləşir. Onunla və ya onsuz, növbəti mövsüm hər şey dəyişəcək”.


Mbappenin PSJ ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. Onun hazırkı klubundan və “Real”dan təklif aldığı məlumdu. Dünya çempionu “Lans” ilə çempionat oyunundan sonra jurnalistlərin gələcəyi ilə bağlı sualını qısaca belə cavablayıb:

“Heç nə dəyişməyib. İndi bu barədə heç nə deyə bilməyəcəyəm”.