"Ustalıq səviyyəsi çatmadı ki, yaratdığımız imkanları qola çevirək"

20.06.2023 23:51 226
Yığma
Bu gün yoldaşlıq oyunu çərçivəsində “Dalğa Arena”da Azərbaycan Qırğızıstanla qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Oyundan sonra milli komandanın baş məşqçisi Samir Əliyevin səsləndirdiyi fikirləri nəzərinizə çatdırırq:

“Məşqçilər korpusu olaraq, futbolçuların yanaşmasından, oyuna hazırlığından, mübarizə aparmaqlarından tam razıyıq. Bildiyiniz kimi, iyunun 17-də İstanbulda Türkiyə yığması ilə qarşılaşmışdıq. Çalışırdıq ki, qısa zamanda futbolçuları bərpa edək, oyuna hazırlayaq. Bəzi futbolçulardan yorğunluq hiss olunurdu. Buna baxmayaraq, çox yaxşı mübarizə apardıq, bir neçə qol vəziyyəti yaratdıq. Ustalıq səviyyəsi çatmadı ki, yaratdığımız imkanları qola çevirək. Təəssüf ki, elementar səhvdən qapımıza penalti təyin olundu.

Həm Türkiyə ilə, həm də bu oyunda yeni sistem uzərində işlədik, bir çox oyunçuya şans verdik. Hər iki oyun göstərdi ki, ümid yeri var. Təbii ki, inkişaf etmək üçün daha çox çalışmalıyıq. Məşqçilər korpusu olaraq, qarşıdakı günlərdə soyuq başla hər iki oyunu təhlil edəcəyik. Məqsəd sentyabrdakı rəsmi oyunlara daha yaxşı hazırlaşmaqdı”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul