• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azər Məmmədov: “Bu büdcə ilə müasir futbolda, hətta Azərbaycan reallığında rəqabət aparmaq çətindi” - MÜSAHİBƏ

Manşet / Müsahibə

16-06-2023, 16:0

Mövsümlərarası fasilədə ilk baş məşqçi dəyişikliyi “Kəpəz”də yaşandı. Rəhbərlik komandanı ötən mövsüm çətinliklə elitada saxlamağı bacaran Tərlan Əhmədovla vidalaşıb, boş qalan posta Azər Məmmədovu dəvət etdi. Artıq 47 yaşlı mütəxəssis ictimaiyyətə təqdim olunub.

"Football-plus.az" olaraq onunla söhbətdə planları, görəcəyi işlər barədə danışdıq

- “Kəpəz”in təklifi gözlənilməz olmadı?
- Açığı, bir tərəfdən siz deyən kimi gözlənilməz oldu, ancaq digər tərəfdən də gözlənilən idi. Bu günə kimi “Qarabağ”, “Kəpəz”in əvəzedicilərində baş məşqçi, “Zirə” və “Səbail”in əsas komandasında isə köməkçi məşqçi kimi çalışmışam. Artıq baş məşqçi kimi elitada çalışmağın vaxti idi. Bəlkə də hələ gecikmişəm. "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri komandanı çalışdırmağı təklif edəndə çox düşünmədən şansdan yararlanmağı lazım bildim. Təbii ki, Şahin müəllimlə də məsləhətləşdim. O da təklifi dəyərləndirməyi məsləhət gördüi. Çalışacam ki, etimadı doğruldum.

- “Kəpəz” sizin üçün doğma klubdu. Futbolda ilk addımlarınızı burda atmısız, futbolçu kimi ilk uğurları bu klubda qazanmısız. Və ən əsası, gəncəli azarkeşlər sizi qəbul edir. Ancaq heç kimə sirr deyil ki, “sarı-göylər” bu gün heç də yaxşı günlərini yaşamır. Xüsusilə maliyyə baxımından vəziyyət ürəkaçan deyil. Çətin olmayacaq?
- Hər işdə çətinlik var. Bəyəm sizin üçün asandı? Hər şeyi göz önünə alıb təklifi qəbul etmişəm. Çalışacağıq ki, məşqçilər korpusu ilə birgə qarşıya qoyulan məqsədə çataq.

- Məqsəd demişkən, rəhbərlik qarşınıza hansı hədəfləri qoyub?
- "Kəpəz"in zəngin tarixi və ənənələri var. Bu klub ancaq yüksək yerlər uğrunda oynamalıdı. Ancaq bu gün futbolda büdcə çox önəmlidi. Hələ ki sponsor baxımından xoş xəbər yoxdu. İdarə Heyətinin sədri İlqar Nadiri bu işin üstünə düşüb və ümid edirəm ki, yaxın vaxtlarda “Kəpəz”ə də sponsor tapılacaq. Durumumuz bəllidi və çalışacağıq özümüzü yaxşı tərəfdən göstərək, bacardığımız qədər üst pillələrdə qərarlaşaq. Əsas hədəf elitada qalmaqdı. Yenə deyirəm, hara gəldiyimi, hansı şərtlər altında işləyəcəyimi çox gözəl başa düşürəm. İlqar müəllim çalışır ki, kluba sponsor cəlb etsin. Çünki bu büdcə ilə müasir futbolda, hətta Azərbaycan reallığında rəqabət aparmaq çətindi. Demirəm ki, “asan yem” olacağıq. Amma belə büdcə ilə istədiyimiz bütün futbolçuları düşərgəyə dəvət edə bilməyəcəyik. Buna görə də hər bir klubdakı kimi, "Kəpəz"ə də sponsor tapılsa, daha yaxşı olar. Gəncə Azərbaycanın ikinci böyük şəhəridi. Ümid edirəm ki, bizə də sponsor tapılar, yardım edərlər və istədiyimiz kimi komanda yarada bilərik.

- Tərlan Əhmədov da baş məşqçi təyin olunanda, demək olar, eyni fikirləri səsləndirirdi. Ancaq bir müddət sonra komandanın avtobusunun, tərcüməçisinin, vitaminləşmənin olmamasından şikayətlənməyə başladı...
- Bəli, bu gün dediyiniz çatışmazlıqlar var. Ancaq onların bəzilərini büdcə imkan verəcəyi çərçivədə həll etməyə çalışacağıq. Vitaminləşmə ilə bağlı problem həll olunacaq.

- Müsahibə verən İlqar Nadiri “büdcəni baş məşqçiyə təqdim etmişik, ona uyğun heyət komplektləşdirəcək, təlim-məşq toplanışı keçəcək” söyləyib. Bu sözlərlə sanki özünü “sığortalayır”, sabah uğursuzluq olacağı halda məsuliyyətin sizin boynunuzda olacağına işarə edir...
- Bu hər yerdə belədi. İstənilən halda nəticəyə görə baş məşqçi məsuliyyət daşıyır. Uğuru bütün komanda qazanır, uğursuzluğa isə məşqçi cavabdehdi.

- Mövsümlərarası fasilədə komandanın əksər aparıcı futbolçularının “Kəpəz”dən ayrılacağı ilə bağlı-söhbət dolaşır. Ahmed Ayzaya, Mate Kvirkviya, Georgi Kantariya kimi oyunçuların taleyi bəllidi?
- Matenin məsələsi ilə maraqlanmışam. Onun gedəcəyi tam dəqiqləşməyib. Amma bir məsələni vurğulamaq istəyirəm. Ürəyi "Kəpəz"də olmayan futbolçunu biz də saxlamaq fikrində deyilik. Ayzayaya gəlincə, bəyəndiyim futbolçudu. Ona premyer-liqanın digər təmsilçilərindən daha cəlbedici təkliflər var. Büdcəmiz məhdud olduğundan Ahmedi saxlaya bilmirik.

- Ötən mövsümün gedişində əksər gəncəli azarkeşlər “Gəncədə gəncəli mütəxəssis işləməlidi” deyirdilər. Futbol ictimaiyyətində belə fikir formalaşıb ki, “Kəpəz”i rəhbərlik yox, azarkeşlər idarə edir. Rəhbərlik məhz onların istəyinə uyğun qərarlar qəbul edir. Sizin buna münasibətinizi bilmək istərdik.
- Ümumiyyətlə, məşqçinin Gəncədən və ya Bakıdan olması fikirləri ilə qətiyyən razı deyiləm. Hərənin öz düşüncəsi, fikri var. Mən, sadəcə, bunu bilirəm ki, "Kəpəz" azarkeşlərinin çoxu komandaya kim uğur gətirirsə, həmin məşqçini də istəyir. Gəncəli-bakılı məsələsi yanlış fikirdi. Ona görə də razılaşmıram. Mən Gəncədə böyümüşəm. Uzun illər bu şəhərdə yaşamışam, burda futbol oynamışam. Məni tanıtdıran "Kəpəz" olub. Gəncəli azarkeşlər nə istəyir? Hər bir komandanın azarkeşlərinin istədiyi yaxşı, məzmunlu oyun və müsbət nəticədi. Burda çox insanı tanıyıram deyə, düşündüm ki, məndə alınar. Ümid edirəm ki, qeyd etdiyiniz problemlər olmaz.

- Demək olar ki, sıfırdan komanda qurmalı olacaqsız. Məhdud büdcə ilə istədəyiniz heyəti formalaşdıra biləcəksiz?
- Ötənmövsümdəki heyətdən, demək olar, çox az futbolçu qalıb. Qeyd etdiyim kimi, müqavilə müddəti bitən, ancaq komandada görmək istədiklərimiz var. Sadəcə, onların şərtlərini qarşılaya bilmirik. Ayzaya kimi futbolçunun başqa kluba keçməsi təbii haldı. Futbolda belə hallar qaçılmazdı. Kollektivlə hələ görüşməmişəm. Birbaşa təlim-məşq toplanışı ilə başlayacağıq. Bizdə komanda, demək olar ki, yenidən formalaşacaq. Köhnə heyətdən cəmi 6-7 nəfər qalacaq. Təlim-məşq toplanışına yığışanda komandanı tanıyacam. Yeni heyətə gəlincə, tam dəqiqləşməyib. Çünki bəzi nüanslar var. Bəzi futbolçular gözləmə mövqeyindədi. Ona görə bu gün üçün sizə nəsə deyə bilməyəcəm. Ancaq o bəllidi ki, komandadakı futbolçuların çoxu ilə vidalaşacağıq. Müəyyən futbolçularla əlaqə saxlamışıq. Çətin olsa da, çalışırıq ki, büdcəmizə uyğun futbolçuları bura dəvət edək və komandamızı yenidən formalaşdıraq.

- Təlim-məşq toplanışı ilə bağlı planlar bəllidi? Bizdə olan məlumata görə, büdcəniz aşağı olsa da, Türkiyəyə yollanmağı düşünürsüz.
- İyunun 25-də təlim-məşq toplanışının birinci mərhəsləsinə başlamağı düşünürük. Bizim üçün hazırlığa tez başlamaq vacibdi. Çüki başqa komandalar kimi tam formalaşmamışıq, oturuşmamışıq. Bunu etiraf edirəm. Büdcəmiz imkan versə, toplanışın son mərhələsində xaricə - Türkiyəyə üz tutmağa çalışacağıq. Ən azı yoxlama oyunları üçün ora getmək istəyirik.

- Komandaya yeni legionerlər dəvət etmək planınız var?
- Bəli. Bəzi menecerlər var ki, onlara müraciət etmişik. Çalışırlar ki, büdcəmizə, futbol fəlsəfəmizə uyğun futbolçular tapsınlar. Elə büdcəmiz var ki, legioner məsələsində səhv etməməliyik. Bəzən bu qaçılmaz olur. Ümid edirəm ki, səhvə yol vermərik.

- Ötən mövsüm “Kəpəz”in futbolçularını ən çox narahat edən məişət məsələləri idi. Bazanın olmaması kənardan dəvət olunananlara narahatlıq yaradırdı. Bu məsələni necə həll etməyi düşünürsüz?
- Bu çox vacib məsələlərdən biridi. Hər bir futbolçu məşqdən sonra istirahət etməyə, qidalanmağa məcburdu. Fikrimiz var ki, subayları yeni istifadəyə veriləcək akademiyanın bazasında yerləşdirək. Bildiyiniz kimi, artıq akademiyanın binası hazırdı, qalıb otaqları mebellərlə təchiz etmək. Ailəlilər isə şəhərdə kirayədə qala bilər. Bu Bakıda da belədi, başqa şəhərlərdə də.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

3-09-2022, 19:0

AFFA “Kəpəz”i Tərlan Əhmədova tapşırır

Premyer-liqa / Manşet / Müsahibə

14-06-2023, 22:0

İlqar Nadiri Tərlan Əhmədovla bağlı detalları açıqlamadı - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

25-04-2023, 12:0

“Kəpəz” azarkeşindən gözlənilməz müraciət: “Nə qədər gec deyil, öz ərizənizlə postunuzdan gedin”

Maraqlı

1-02-2023, 11:0

Bıçaqlanan "Kəpəz" azarkeşi əməliyyat olundu

Aktual / Ölkə futbolu

10-06-2023, 19:0

"Kəpəz"in yeni baş məşqçisi bəlli oldu

Ölkə futbolu / Manşet

10-06-2023, 19:0

"Kəpəz" rəhbərliyi Tərlan Əhmədovla bağlı qərar verdi - RƏSMİ

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Dünən, 23:58
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • Dünən, 23:53
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • Dünən, 23:22
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • Dünən, 22:52
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • Dünən, 22:02
    "Sabah" da finalda! - YENİLƏNİB
  • Dünən, 21:10
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
  • Dünən, 20:39
    "Qarabağ" üçün bəxtsizlik: Koxalski qovuldu
  • Dünən, 20:08
    Özbəkistanlı futbolçu İstanbul klubuna birdəfəlik transfer olundu
  • Dünən, 19:37
    ''Fənərbaxça''ya 4 gün ərzində ikinci şok - kubok macərası da bitdi
  • Dünən, 19:06
    “Sabah” - “Qarabağ”: START HEYƏTLƏRİ
  • Dünən, 18:35
    ''Beşiktaş'' ispaniyalı ulduzla anlaşıb?
  • Dünən, 18:04
    “Sabah” - “Qarabağ” oyununda stadion dolacaq!
  • Dünən, 17:33
    “Neftçi” apellyasiya şikayəti verəcəkmi? - Rüstəm Əfsərlidən cavab
  • Dünən, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Dünən, 16:31
    Acunun komandası 10 il öncə çempion olan "tülkülər"i 3-cü diviziona göndərdi!
  • Dünən, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Dünən, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Dünən, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Dünən, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Dünən, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Dünən, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Dünən, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Dünən, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Dünən, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Dünən, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Dünən, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Dünən, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Dünən, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Dünən, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • 21-04-2026, 23:0
    Almeyda xəyanətlə üzləşib
  • 21-04-2026, 23:0
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • 21-04-2026, 23:0
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • 21-04-2026, 22:0
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • 21-04-2026, 22:0
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • 21-04-2026, 21:0
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
Daha çox
Oxunub: 599
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 269
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 194
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə