Tanınmış argentinalı futbolçunun həyat yoldaşı və meneceri Vanda Naranın İstanbul nəhəngindən belə desək, dünyaları istədiyi məlum olub. Bu iddianı Vandanın bacısı Zaira səsləndirib. Onun Argentinanın ''Amerika TV'' kanalında yayınlanan LAM adlı verilişdə səsləndirdiyi fikirlərə inansaq, Vanda ilk növbədə öz övladlarının Türkiyəyə adaptasiyasına görə narahat imiş. Zaira bunları deyib:
''Vandanın bir çox tələbləri oldu. ''Qalatasaray''dan özəl aşpaz, 5 uşağı üçün özəl məktəb, dekabra qədər oteldə geniş otaq, Bebekdə bir ev, cangüdən və 24 saat sürücülü maşın istədi''.
Bundan başqa Zaira Nara bacısının öz fəaliyyətləri ilə məşğul olmaqda davam edəcəyini və tez-tez İstanbuldan Buenos-Ayresə səyahət edəcəyini də vurğulayıb. Təbii ki, bütün səyahət biletlərinin pulunu da ''Qalatasaray'' ödəyəcək.

