“Bakcell Arena”da baş tutacaq qarşılaşmaya maraq olduqca böyükdü.
“Ağ-qaralar” Misli premyer-liqasında 3-cü yerdə qərarlaşaraq bürünc medalları əldə etdi və avrokuboklara vəsiqə qazandı. Lakin Bakı təmsilçisinin tərəfdarları nəticələrdən nararazıdı. Onlar mövsüm ərzində tez-tez klub rəhbərliyi haqda iradları ilə gündəmə gəlib. Görəsən, azarkeşlər ölkə kuboku uğrunda final matçı haqda nə düşünür? Tarixi qarşılaşmaya necə hazırlaşırlar?
“Neftçi”nin ən böyük fan səhifəsi “Neftçi Baku”nun rəhbəri Elçin Bayramov “Football-plus.az”ın suallarını belə cavablandırdı:
“Əlbəttə, komandanın hansı vəziyyətdə olmasından asılı olmayaraq, qələbə gözləyirik. Başqa cür ola da bilməz. Məğlubiyyət haqda düşünmürük. Bildiyim qədər “Neftçi” azarkeşləri üçün ayrılan biletlərin, demək olar ki, hamısı satılıb. Mən də oyunu ailəmlə birlikdə stadiondan izləyəcəm.
İndiyədək dediyim bütün sözlərin arxasındayam. Rəhbərliklə dialoqlarımda da demişəm ki, Laurentsiu Regekampf komandaya xeyir verməyəcək. Baş məşqçi dəyişməsə, ciddi uğurlar, sadəcə, futbolçuların fərdi bacarığı hesabına qazanıla bilər”.

KƏNAN BAHADIR