Qurumun rəsmi saytı bu xəbəri ictimaiyyətə açıqladıqdan dərhal sonra müzakirələr başladı. Sosial şəbəkələrdə şərh yazan azarkeşlər arasında PFL-in qərəzli addım atdığını, “Neftçi”yə üzgörənlik etdiyini yazanlar da oldu, normal qarşılayan, komandalarının performansına güvəndiyini qeyd edənlər də. Görəsən, kuboku qazanmaq şansı olan klublar bu haqda nə düşünür?
Bunu aydınlaşdırmaq üçün yarımfinalçıların rəsmilərinə tribuna verdik. “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov məsələ ilə bağlı "Football-plus.az"a bunları söylədi:
“Hələ ki bu barədə düşünmürük. Final oyunundan öncəki matçlara köklənmişik. Qərarı normal qarşıladım. Bizim üçün qarşılaşmanın harda keçirilməsinin və rəqibin kimliyinin fərqi yoxdu. Həmişə olduğu kimi, qələbə uğrunda mübarizəmiz sona qədər davam edəcək”.
KƏNAN BAHADIR




