Qurumun rəsmi saytı bu xəbəri ictimaiyyətə açıqladıqdan dərhal sonra müzakirələr başladı. Sosial şəbəkələrdə şərh yazan azarkeşlər arasında PFL-in qərəzli addım atdığını, “Neftçi”yə üzgörənlik etdiyini yazanlar da oldu, normal qarşılayan, komandalarının performansına güvəndiyini qeyd edənlər də. Görəsən, kuboku qazanmaq şansı olan klublar bu haqda nə düşünür?
Bunu aydınlaşdırmaq üçün yarımfinalçıların rəsmilərinə tribuna verdik. “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məsələ ilə bağlı "Football-plus.az"a bunları söylədi:
“Təbii ki, “Bakcell Arena”da Azərbaycan kuboku uğrunda mübarizə aparsaq, çox gözəl olar. Hələ finalda hansı komandaların çıxış edəcəyi bəlli deyil. İnşallah, hədəfimizə çatsaq, rəqiblə doğma meydanda qarşılaşacağıq. PFL-in qərarına hörmətlə yanaşırıq. Başqa stadion seçilsəydi, yenə həmin fikirdə olacaqdıq”.
KƏNAN BAHADIR


