"Bu iddiaları görəndə şok oldum" - Mbappe

17.10.2022 11:54 355
Dünya futbolu
PSJ-nin futbolçusu Kilian Mbappe klubu tərk edəcəyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

"Footbal-plus.az" xəbər verir ki, Fransa mətbuatına danışan hücumçu Paris klubunda xoşbəxt olduğunu deyib:

"Burda xoşbəxtəm. Yanvarda ayrılacağımla bağlı çıxan xəbərlər yalandı. Bu iddiaları görəndə mən də şok oldum. Rahatlıqla deyə bilərəm ki, xəbərlər hamısı yalandı".


"Marca" nəşri Mbappenin yanvarda PSJ-dən ayrılaraq "Real"a keçəcəyini yazıb.