Türkiyə çempionatında mövsümün ən məhsuldar yerli oyunçusu statusunda olan “Ümraniyəspor”lu Umut Nayır haqqında gəzən transfer şayiələrinə münasibət bildirib.
Əslində 29 yaşlı forvard hələ 2018-də “Ankaraspor”dan “Beşiktaş”a transfer olunarkən ön plana çıxmışdı. Amma onun İstanbul nəhəngindəki karyerası o qədər də parlaq alınmamışdı.
"Football-plus.az" xəbər verir ki, Umut daha sonra “Bursaspor”, “Hayduk”, “Girəsunspor”, “Eyupspor”un şərəfini qorumuş və ötən yay “Ümraniyəspor”a keçmişdi.
Onun debütantın heyətində bu qədər parlaq oyun sərgiləyəcəyini az adam gözləyirdi. Təcrübəli futbolçu bu mövsüm 27 superliqa oyununda 15 qol, 3 məhsuldar ötürməlik performans sərgiləyib. Onun bu yüksəlişi Türkiyə yığmasının baş məşqçisi Ştefan Kuntsun da diqqətindən qaçmadı. Nayır martda Ermənistan və Xorvatiyaya qarşı oyunlarda sonradan meydana çıxaraq yığmada da debüt etdi. “Ümraniyəspor”da icarə əsasında oynayan futbolçunun bu yay iddialı kluba keçəcəyi gözlənilir. “Beşiktaş”ın yenidən ona maraq göstərməsi haqda şayiələr yayılıb.
Umut türkiyəli həmkarlarımıza açıqlama verərək bunları deyib: “Böyük komandada oynamaq arzusu ilə yaşayan futbolçulardan deyiləm. Çünki artıq bu təcrübəni yaşamışam.