• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

TFF prezidenti Altıntopun istəyini geri çevirdi

Dünya futbolu

8-05-2023, 19:0

Türkiyə mətbuatında çərşənbə günü sürpriz bir iddia ortaya atıldı.

“Football-plus.az” xəbər verir ki, “Fanatik” nəşrinin ortaya atdığı xəbəri qısa müddətdə bütün idman saytları paylaşdı. Söhbət yığmanın baş məşqçisi Ştefan Kuntsun istefaya göndərilməsindən gedir. Almaniyalı mütəxəssislə tezliklə, daha doğrusu, gələn həftə yolların ayrılacağı iddia edildi. Hətta deyilənə görə, Türkiyə Futbol Federasiyasının idarə heyətinin üzvü və yığmaya cavabdehıik daşıyan əsas yönətici statusunda olan Həmit Altıntop “Trabzonspor”dan ayrılandan sonra hazırda işsiz olan Abdulla Avcı ilə ilkin razılıq da əldə edibmiş. Yığmanın yeni məşqçilər korpusunun tərkibi də bəlli imiş. Guya ötən mövsüm qısa müddət “Beşiktaş”ı çalışdıran Öndər Karavəli, eləcə də Egemən Korkmaz və hətta karyerasını başa vurmayan Burak Yılmaz yeni dönəmdə Avcının əsas köməkçiləri olacaqmış. Amma srağagün federasiya rəhbəri Mehmet Büyükekşi jurnalistlərlə görüşdə bu xəbəri təkzib etdi və başqa məqamlara da toxundu:

“Hazırda Kuntsun istefası gündəmimizdə yoxdu. Hələ ki onunla yolumuza davam etməyi planlaşdırırıq. Bu il, bildiyiniz kimi, cümhuriyyətimizin yüzillik yubileyidi. Ona görə də 2023-də İstanbulun türk dünyasının Gənclik Paytaxtı seçilməsi böyük məna kəsb edir. Biz bu tədbirə ilk olaraq qadınlardan ibarət yığmamızın aprelin 3-5-də Azərbaycanda oyun keçirməsi ilə başladıq. İyunla dekabr arasında FİFA-nın uyğun olduğu tarixlərdə yenə də qadınlardan ibarət komandamız Özbəkistan və ya Qazaxıstanda oyun keçirəcək. “Qalatasaray”ın ardından “Beşiktaş” da zəlzələdən zərər görənlər üçün xeyriyyə məqsədi ilə Azərbaycanda oyun keçirəcək. Bizim bu oyunların təşkilində heç bir rolumuz yoxdu. Klublar, sadəcə, bizdən icazə alır. Başqa məsələləri özləri təşkil edirlər. Amma ötən ay “Atletiko”nun İstanbula gələrək “Beşiktaş”la keçirdiyi xeyriyyə matçını biz təşkil etmişdik. Çox dəyərli bir qarşılaşma oldu. Zəlzələdən zərər görən vətəndaşlarımıza böyük dəstək verməkdə davam edirik”.


İlin-günün bu vaxtı heç bir ciddi səbəb olmadan Kuntsun istefaya göndərilməsi həqiqətən də qəribə olardı. Düzdü, qardaş ölkənin komandası bu məşqçi ilə fenomenal nəticələr əldə etmir. Amma digər tərəfdən nəticələri bərbad adlandırmaq da olmaz (16 oyun, 10 qələbə, 2 heç-heçə, 4 məğlubiyyət). Türkiyə hər nə qədər zəif rəqiblərlə qarşılaşsa da, son Millətlər Liqasında qrupunu lider kimi tamamlayıb. AÇ-2024-ün seçmə mərhələsinə komanda 1 qələbə, 1 məğlubiyyət ilə start verib. Yəni Kuntsun tələm-tələsik qovulması üçün ciddi səbəb yoxdu. Bəs onda bu xəbərlər hardan peyda olub? Bu sualın cavabını federasiyanın və “Fənərbaxça”nın sabiq yönəticisi Səlim Soydan verib. Onun iddiasına görə, Kunts hər nə qədər bu vəzifəyə Altıntopun təkidi ilə gətirilsə də, bu ikilinin münasibətləri pozulub. Səbəb isə odu ki, Kunts son matçların birində Altıntopun israrla oynadılmasını tələb etdiyi bir futbolçunu meydana buraxmaqdan boyun qaçırıb! Son dönəmlərə qədər Altıntopun belə məsləhətlərini həmişə nəzərə alan almaniyalı nədənsə bu dəfə bildiyini edib. Altıntop da həmin vaxtdan bəri Kuntsun istefaya göndərilməsinə çalışır. Altıntop bu məsələni federasiyanın idarə heyətində müzakirəyə çıxarsa da, onun istefa ilə bağlı təklifini başqaları dəstəkləməyib. Bu üzdən Həmit bir növ acığa düşərək Avcı ilə görüşüb. Mətbuatda yayılan iddiaların səbəbi də məhz budu. İyunda federasiyada növbəti prezident seçkisi nəzərdə tutulub. Büyükekşi də bunu nəzərə alaraq dönəminin bitməsinə ayyarım qalmış yığmanın məşqçisini dəyişmək istəməyib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-05-2023, 12:0

Türkiyə yığmasında Kunts dönəmi başa çatdı?!

Dünya futbolu

3-07-2022, 12:0

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

Dünya futbolu

29-09-2022, 22:0

Altıntop ayrılmaq əvəzinə yeni planlar qurur

Dünya futbolu

11-06-2022, 18:0

TFF prezidentliyinə 9 namizəd ortaya çıxdı!

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 199
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 187
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə