Azərbaycanlı mütəxəssislərin əvəzedici komandadan ayrılmasının səbəbini öyrənmək üçün Emin bəylə əlaqə saxladıq. Ağayev “Football-plus.az”a açıqlamasında başverənlərə belə münasibət bildirdi:
“Rinat Bilyaletdinov əvəzedici komandanın baş məşqçisi təyin olundu. Biz isə rəhbərliyin qərarı ilə U-19-a göndərildik. Bizə dedilər ki, bu komandanı siz yığmısız və futbolçuları yaxından tanıyırsız. Maaşımız da yerindədi. Başqa səbəb yoxdu. Vəziyyətimiz yaxşıdı, heç nədən şikayətçi deyilik. Komandanın inkişafı üçün hər cür şərait yaradılıb”.
Ağayev elitanı tərk etmək üzrə olan “Ximki”nin əsas komandası ilə bağlı fikrini də bölüşdü:
“Son iki oyunda komanda 4 xal toplayıb. Ümid edirik ki, pley-off matçlarında arzulanan nəticəni qazanıb elitada yerini qoruyacaq. Premyer-liqada qalacağımız halda növbəti mövsümlə bağlı klub rəhbərliyinin böyük planları var”.
RƏŞAD



