Sabiq UFC döyüşçüsü Karl Roberson (9-6) Nyu-Cersidə bir evdən dəyəri 200 min dollardan artıq olan zərgərlik məhsulları və daş-qaş oğurluğunda mümkün iştiraka görə saxlanılıb.
"Football-plus.az" xəbər verir ki, 32 yaşlı Roberson quldurluqla müşayiət olunan qarətdə, oğurluqda və silah tətbiq etməklə bir neçə cinayətdə suçlanır.
Polis zabitləri axtarışla bağlı order əsasında onun avtomoblinə baxarkən genişləndirilimiş silah darağı ilə 9 millimetrlik tapança, kokain, marixuana paketi və qarət məqsədinə xidmət edən əşyalar tapıb. Monmut dairəsindəki islah müəssisəsində bir neçə həftə keçirən Roberson ardından girov müqabilində azadlığa buraxılıb. Onun ardıcıl 4 məğlubiyyətdən sonra ötən ilin iyulunda UFC sıralarından uzaqlaşdırıldığını da xatırladaq.