“Tottenhem”də son günlər yaranan gərginlik komandada dəyişikliyi qaçılmaz edib. İngiltərə klubu baş məşqçi Antonio Konte ilə yolları ayırıb.
“Football-plus.az” xəbər verir ki, London klubunun saytının məlumatında italiyalı mütəxəssislə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv olunduğu bildirilib. Futbolçuları işə düzgün münasibət bəsləməməkdə qınayan Konte “mahmızlar”ı 2021-ci ilin noyabrından çalışdırırdı. Onun artıq sabiq köməkçisi sayılan Kristian Stellini mövsümün sonuna qədər baş məşqçinin səlahiyyətlərini yerinə yetirəcək. Stelliniyə Rayan Meyson kömək edəcək.
“Tottenhem” hazırda premyer-liqada 28 oyuna 49 xalla 4-cü yerdədi. Komandanın İngiltərə kubokunda və Çempionlar Liqasında mübarizəni dayandırdığını da xatırladaq.