“Real”ın aparıcı futbolçularından olan Toni Kroosun gələcək taleyi hələ də qeyri-müəyyəndi.
Football-plus.az xəbər verir ki, təcrübəli almaniyalı yarımmüdafiəçi müqaviləni yeniləyib-yeniləməməklə bağlı bir qərara gələ bilmir.
Məsələni qəlizləşdirən məqam odu ki, 32 yaşlı futbolçunun “Kral klubu” ilə müqaviləsinin müddəti cari mövsümün sonundə, yəni 2023-ün yayında başa çatır. O, yanvardan etibarən başqa klubla danışıqlar aparmaq hüququna malik olacaq.