Gəncəli futbol veteranının müraciətinə üç ildi cavab verilmir - AÇIQLAMA

16.04.2023 14:21 657
Ölkə futbolu / Manşet
Gəncə futbolunun veteranlarından Firuz Qulami "feysbuk" profilində veteran həmkarı və həmyerlisi Fuad İsmayılovun 3 ildi AFFA-dan təqaüd ala bilməməsi barədə paylaşım edib.

"Football-plus.az" saytı olaraq məsələnin nə dərəcədə həqiqəti əks etdirdiyini aydınlaşdırmaq üçün Fuad İsmayılovun özü ilə danışdıq:

"66 yaşım var. Həyatımın böyük hissəsi futbolla bağlı olub. 1979-82-ci illərdə Gəncə klubunda oynamışam. Gəncə futbol veteranlarının ağsaqqalı Müzəffər Qasımov mənə AFFA-dan təqaüd almağımı təklif etdi. Sağ olsun, sənədlərimin hamsını özü düzəldərək federasiyaya yolladı. Sonra Müzəffər müəllim vəfat etdi. Sənədlərin göndərilməsindən 3 il keçir. Amma nə mənə təqaüd verildi, nə də verilməməsiylə bağlı səbəb göstərildi. Halbuki təqaüd almaq üçün nəzərdə tutulan bütün şərtlərə uyğun gəlirəm".

ABDULLA İSMAYILOĞLU