AFFA-dan futbol veteranlarını sevindirəcək xəbər - AÇIQLAMA

14.03.2023 13:09 431
Ölkə futbolu
AFFA İcraiyyə Komitəsinin martın 7-də qəbul etdiyi qərarlardan biri də veteranlar üçün fərdi təqaüdlərin verilməsi ilə bağlıdi: “AFFA-nın Futbol veteranları üçün fərdi təqaüdləri haqda Əsasnaməsinə əlavə və dəyişikliklərin olunması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılsın”.

Maraqlıdı, söhbət hansı dəyişikliklərdən gedir və Əsasnaməyə əlavə və dəyişikliyi kim və ya kimlər hazırlayacaq? Bu məsələni dəqiqləŞdirmək üçün Veteranlar İttifaqının rəhbəri Oqtay Abdullayevlə əlaqə saxladıq. Oqtay bəy “Football-plus.az” saytına bunları söylədi:

“Dəyişiklik əsasən AFFA tərəfindən veteranlara verilən təqaüdlə bağlıdı. Bildiyiniz kimi, hazırda veteranlara assosiasiya tərəfindən xidmətlərinə uyğun 180 və 250 manat təqaüd verilir. Bu məbləğin artırılması nəzərdə tutulub. 180 manatı 250-yə, 250-ni isə 300-ə yüksəltmək planlaşdırılıb. Bundan başqa, 180 manat da qalacaq”.


RƏŞAD