UEFA Konfrans Liqasında 1/4 finalın püşkü atılıb.
"Football-plus.az" xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə bu raundda üz-üzə gələcək komandalar bəlli olub.
Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə istənilən kollektiv bir-birilə rəqib ola biləcək.
UEFA Konfrans Liqası
1/4 final
"Lex" (Polşa) - "Fiorentina" (İtaliya)
"Gent" (Belçika) - "Vest Hem" (İngiltərə)
"AZ Alkmaar" - "Anderlext" (Belçika)
"Bazel" (İsveçrə) - "Nitsa" (Fransa)
Püşkatma nəticəsində yarımfinal cütlükləri və finalın nominal meydan sahibləri də müəyyənləşib.
Yarımfinal
"Lex" (Polşa) - "Fiorentina" (İtaliya) / "Bazel" (İsveçrə) - "Nitsa" (Fransa)
"Gent" (Belçika) - "Vest Hem" (İngiltərə) / "AZ Alkmaar" - "Anderlext" (Belçika)
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi
