"Güclü rəqiblə doğma meydanda ilk oyunumuzu keçirdik”.
Bu sözləri “Football-plus.az”a açıqlamasında “Ağsu-06”ın baş məşqçisi Rəşad Kərimov dedi. Çalışdırıcı Region Liqasının pley-offunda “Xəzər Lənkəran 42” ilə heç-heçə (1:1) etmələri barədə fikirlərini səsləndirdi:
“Ev sahibi üstünlüyündən istifadə edə bimədik. Mərhələni keçmək üçün qələbəyə ehtiyacımız var. Ona görə də səfərə qələbə üçün gedəcəyik".