"Qarabağ" inanclı insanları nəzərə alacaq

23.03.2023 17:11 578
Ölkə futbolu / Manşet
Bildiyiniz kimi, "Qalatasaray" Bakıya gəlir. Türkiyə nəhəngi martın 26-da Olimpiya stadionunda "Qarabağ"la yoldaşlıq oyunu keçirəcək.

Hazırda Ramazan ayıdı. İnsanlar oruc tutur. Martın 26-da iftar açmaq vaxtı saat 19.06-dadı. Bu görüşü isə 62 mindən çox insan izləyəcək. Stadionun qapıları 3 saat öncədən azarkeşlərin üzünə açılacaq. Görəsən, klub inanclı insanları nəzərə alaraq arenaya suyun buraxılmasına icazə verəcək?

"Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə məsələ ilə bağlı "Football-plus.az"a bunları söylədi:

"Sizin də söylədiyiniz kimi, hazırda Ramazan ayındayıq. Bunu nəzərə alaraq stadiona plastik qablarda suların keçirilməsinə icazə veriləcək".


İLKİN SULTANLI