Samir Əliyev planları açıqladı

19.03.2023 15:21 336
Yığma / Manşet
U-21 yığmamız Türkiyədə təlim-məşq toplanışı keçirəcək. İndiki halda planlar maraq doğurur.

"Football-plus.az" saytı olaraq bunu aydınlaşdırmaq üçün U-21-in baş məşqçisi Samir Əliyevlə danışdıq:

"Türkiyə toplanışı və Albaniya ilə Sloveniya yığmalarıyla keçirəcəyimiz oyunun çox faydası olacağını düşünürəm. Çünki bu hazırlıq və matçlar sentyabrda start götürəcək seçmə mərhələ ərəfəsində faydalı olacaq. U-21 millimizə oyunçu seçimimiz geniş deyil, buna rəğmən, oyunlarını yaxından izlədiyimiz, özünü yaxşı tərəfdən göstərənləri dəvət etmişik. Həmçinin 4 ay öncəki toplanışla Türkiyədəki təlimi də müqayisə edəcəyik ki, millimizdə nə qədər irəliləyiş olub".

ABDULLA İSMAYILOĞLU