• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mançester Siti” “Leyptsiq”ə futbol dərsi keçdi - REPORTAJ

Dünya futbolu / Reportaj

17-03-2023, 15:0

Çərşənbə axşamı ÇL-də daha iki əla oyun izlədik. Bu matçlarda 7 qol vuruldu və maraqlıdı ki, qolların hamısını bir komanda vurdu! Qarşısıalınmaz Holann və “Mançester Siti” növbəti dəfə şou göstərdi. “İnter” isə “Draqau”da fanatlarına cəhənnəm əzabı yaşatsa da, adını ən güclü 8 klub sırasına yazdır bildi.

"Football-plus.az" xəbər verir ki bu görüşün “Mançester Siti” üçün asan gəzintiyə çevriləcəyini az adam gözləyərdi. Çünki bundesliqada 3-cü pillədə qərarlaşan “Leyptsiq” heç də pis mövsüm keçirmirdi.

Marko Rozenin təyinatından bəri isə komanda nadir hallarda uduzurdu. Amma “Etihad”da “öküzlər” sözlə deyilməyəcək dərəcədə zəif təsir bağışlayaraq pərən-pərən düşdülər. Hərçənd “Siti” erkən qol vura bilmədi. Hesabın açılması üçün ilk yarının ortalarına qədər gözləmək lazım gəldi. Künc zərbəsi zamanı top cüzi də olsa, Henrixsin əlinə toxundu. Sloveniyalı hakim VAR-ın məsləhəti ilə epizodun təkrarına baxandan sonra “nöqtəni” göstərdi və Holann şounu açıq elan etdi.

Cəmi 78 saniyə sonra De Bruynenin zərbəsi zamanı tirdən dönən topu Holann qapıya göndərərək dublunu rəsmiləşdirdi. Fasilə ərəfəsində norveçli qoleador qonaqların bütün ümidlərini dəfn edərək komandasının və özünün 3-cü qolunu vurdu. Bu matçda sanki top özü Holannı tapırdı. Diaşın baş zərbəsindən sonra tirə dəyən top qapı xəttinin üzəri ilə hərəkət edərək ona tərəf yönəldi və Holann top qarışıq qapıya daxil oldu. İkinci hissə Gündoğanın baxımlı qolu ilə başladı. Amma Holann qollardan doymaq bilmirdi və növbəti 2 topu da hesabına yazaraq tarixi bir performans sərgilədi! 4 və 5-ci qolları zamanı Blasvix topu düz onun üstünə qaytardı. 22 yaşlı futbolçu belə epizodları əldən vermir. 63-cü dəqiqədə sanki Qvardiolanın “Leyptsiq”ə yazığı gəldi. Almanların əvəzinə Holannın qarşısını Qvardiola kəsdi və bu futbolçu böyük alqışlar altında meydanı tərk etdi. Amma digər tərəfdən Holannın tarixə düşmək fürsəti əlindən alındı. Çünki ÇL-də bir oyuna 6 top vurmaq unikal hadisə olardı. 0:6-dan sonra “Leyptsiq” hücumda bir qədər fəallaşaraq təsəlli qolunu vurmağa çalışsa da, komandanın heç buna da gücü çatmadı. Yekun nəticəni isə gözəl qolla De Bruyne müəyyənləşdirdi. Qvardiola matçdan öncə “ümid edirəm ki, bu, bizim üçün unudulmaz gecələrdən biri olacaq” demişdi. Onun komandası həqiqətən də tarixinin ən möhtəşəm performanslarından birini sərgilədi.

“Şəhərlilər” bu mövsüm ÇL lənətinə son qoyaraq bu turiniri qazanmağa əsas namizədlərdən biri, bəlkə də birincisi olduqlarını göstərdilər!

oyunun statistikası
22 (15) qapıya (“çərçivə”yə) zərbə 3 (1)
10 künc zərbəsi 0
1 ofsayd 2
10 qayda pozuntusu 7
2(0) sarı (qırmızı) vərəqə 2(0)
62 topa sahibolma (faizlə) 38

Faktlar

* “Siti” öz meydanında Almaniya klublarına qarşı ardıcıl 9-cu qələbəsini qazandı! Komanda bu qarşılaşmalarda 32 qol vurub və öz qapısından 10 top buraxıb
* “Siti” Qvardiolanın başçılığı altında ardıcıl 6-cı mövsüm ÇL-də 1/4 finala yüksəldi. Komanda yalnız bir dəfə - 2016/17-də, yəni Qvardiolanın ilk mövsümündə mübarizəni 1/8 finalda dayandırıb.
* 0:7 bir Almaniya klubunun ÇL-də ən böyükhesablı məğlubiyyətidi və antirekordun təkrarı deməkdi. Maraqlıdı ki, əvvəlki 0:7 də məhz elə “Siti” ilə oyunda qeydə alınıb. 2019-un martında yenə də 1/8 finalın cavab oyununda “şəhərlilər” bu hesabla “Şalke-04”ü darmadağın etmişdilər.
* “Mançester Siti”nin ÇL-in 1/8 finalında məğlubiyyətsiz seriyası 10 oyuna yüksəldi (8 qələbə, 2 heç-heçə).
* Holann yüksək səviyyədə karyerasında ilk dəfə penta-trik etdi. Buna qədər o, 2 dəfə - “Mölde” və Dortmund “Borussiya”sının heyətində poker etmişdi. 2019-da isə U-20 dünya çempionatında Norveçin Hondurası 12:0 hesabı ilə yendiyi oyunda 9 qol vurmuşdu!
* Holann ÇL-də bir oyunda 5 qol vuran 3-cü futbolçu oldu. Daha öncə bunu 2012-nin martında 1/8 finalın “Bayer-04”ə qarşı cavab oyununda “Barselona”lı Messi və 2014-ün oktyabrında qrup mərhələsi çərçivəsində BATE ilə səfər oyununda “Şaxtyor”lu Luis Adriano bacarmışdı.
* Holann bu mövsüm 5-ci dəfə bir oyunda ən azı 3 qol vurdu. O, “Siti”nin heyətində 36 rəsmi oyuna artıq 39 dəfə fərqlənib! Bu, klub tarixinin yeni rekordudu. Daha öncə mançesterlilərin heyətində bir mövsümə ən çox qol vuran futbolçu 1928/29-da 38 dəfə fərqlənən Tommi Conson idi.
* Holann ÇL-də 25-ci oyunda vurduğu qolların sayını 33-ə çatdırdı! O, həm yaş (22 yaş 236 gün), həm də oyun sayı baxımından bu turnirin tarixində 33 qol həddinə ən tez çatan futbolçudu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-02-2023, 20:0

“Mançester Siti”nin yeni rekordçusu oldu

Dünya futbolu

30-04-2022, 23:0

"Mançester Siti"dən böyük hesablı qələbə

Dünya futbolu

3-10-2022, 11:0

Holann premyer-liqa tarixində rekord təzələdi

Dünya futbolu

24-05-2022, 09:0

De Brüyne "Mançester Siti"dəki gələcəyindən danışdı

Dünya futbolu

22-03-2022, 17:0

“Mançester Siti” Avropada 1-ci olub

Dünya futbolu

4-02-2023, 23:0

“Mançester Siti”də növbəti itki

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 322
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə