Rassell “Red Bull”un dominantlığından danışdı

13.03.2023 17:55 308
İdman
“Formula-1” üzrə dünya çempionatının yeni mövsümündə ilk mərhələ arxada qaldı.

"Football-plus.az" xəbər verir ki, Bəhreyn mərhələsini Maks Ferstappenin (Red Bull) qələbə ilə bitirdiyini, onun komanda yoldaşı Serxio Peresin 2-ci, “Aston Martin”in pilotu Fernando Alonsonun isə 3-cü yeri tutduğunu bilirsiz.

Halbaki çoxları “Mersedes” pilotlarının mövsümə uğurlu başlayacağını gözləyirdi. Bu komandanın şərəfini qoruyan Corc Rassellin fikrincə, “Red Bull”un dominantlığı bu mövsüm də davam edəcək:

“Düşünmürəm ki, bu il kimsə onlara yaxınlaşa biləcək. “Red Bull” pilotları caru mövsümün hər yarışında qalib gəlməlidi – proqnozum belədi. İlk mərhələdə onların tempinin testlərdəki ilə müqayisədə bir qədər aşağı olması qəribə idi, ancaq yenə də istədiklərini etdilər”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul