Birinci divizionda 20-ci tura yekun vuruldu.
Diqqət çəkən qarşılaşmalardan biri "İmişli" ilə "Qaradağ Lökbatan" arasında baş tutdu. Son çempion İmişli təmsilçisinə minimal hesabla uduzdu. Ruhid Usubovun komandası ardıcıl 2 oyundu qələbə qazanır.
Baş məşqçi bununla bağlı təssüratını "Football-plus.az"a bölüşdü:
"İkinci dövrədə ilk ev, ardıcıl isə 2-ci qələbəmizi qazandığımıza görə sevinirik. Oyunçularımın hər birindən razıyam. Özlərini yaxşı tərəfdən göstərdilər, döyüşdülər. Təcrübəli futbolçularımızdan Comərd Baxşəliyevin qolu komandamıza 3 xal qazandırdı. Əvvəl də demişdim, bizə 1 qələbə lazımdı, ondan sonra həm oyun planında, həm də nəticələrdə inkişafa nail olacağıq. Heyətdə gənclər çoxdu, oyundan-oyuna “artırırlar”. Vaxt gələcək bu gənclər Azərbaycan millisinin şərəfini qoruyacaqlar. Ona görə onları maksimum qısa müddətdə ölkə futboluna qazandırmalıyıq".
ABDULLA İSMAYILOĞLU