Şəhriyarın məsələ ilə bağlı "Football-plus.az"areaksiyası belə oldu:
"Sabah"la matçdan başlayaraq, maksimum ehtiyatlı oynayırdım ki, “sarı” almayım. "Zirə" ilə doğma meydanda baş tutan görüşdə də özümü qorumağa çalışdım ki, cəzalı duruma düşməyim. Matçın sonları idi, rəqib futbolçu oyun epizodunda ayağımı tapdaladı, mən də sərt oynadım. Fikrimcə, “sarı” verməmək də olardı. Amma hakim oyunun axarına əsasən göstərdi. Qarşıda çox ağır oyunlarımız olduğuna görə cəzalı duruma düşmək istəmirdim. Amma nə edək, nikbin olub irəli baxmaq lazımdı".




