“Neftçi” – “Turan Tovuz” matçında xanımların stadiona girişi pulsuz olacaq

1.03.2023 17:33 321
Premyer-liqa
Premyer-liqanın 25-ci turu çərçivəsində martın 5-i saat 19:30-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçında xanımların stadiona girişi pulsuz olacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə klunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, qərar qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə alınıb.