AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.
"Football-plus.az" qurumun rəsmi saytına istinadən məlumatı təqdim edir.
19.02.2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” - “Sabah” oyununda “Sabah” komandasının baş məşqçisi İqor Ponomaryov qarşılaşmanın 90-cı dəqiqəsində hakimlərə qəti şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 47.3).
19.02.2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA - "Şamaxı" FK oyununda İCBFA komandasının heyətində 14 nömrəli futbolçu Rəmzi Səfərov qarşılaşmanın 86-cı dəqiqəsində meydanı tərk edərkən hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın (maddə 41.3).
19.02.2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən İCBFA - "Şamaxı" FK oyununun 79-cu dəqiqəsində “Şamaxı" FK komandasının heyətində 19 nömrəli futbolçu Rüstəm Əlizadə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın (maddə 41.1).