"Bavariya" heyətini yeni qapıçı ilə gücləndirib.
Football-plus.az xəbər verir ki, münhenlilər Münhenqladbax "Borussiya"sının qolkiperi Yann Sommeri heyətinə qatıb. Bunu klubun mətbuat xidməti açıqlayıb. 34 yaşlı qolkiperlə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb.