"Football-plus.az" xəbər verir ki, bu məlumatı ali futbol qurumu yayıb.
41 yaşlı Lima dünyanın hər yerindən pərəstişkarlarının iştirakı ilə qlobal təşəbbüsləri inkişaf etdirəcək. O, futbolu təbliğ edəcək və qlobal yarışlarda iştirak edəcək. FİFA-nın prezidenti Canni İnfantino braziliyalı modelin azarkeş səfiri vəzifəsinə təyin olunmasını belə şərh edib:
“Adriana ilə görüşəndə dərhal onun istiliyini, mehribanlığını və futbola nə qədər həvəsli olduğunu hiss edirsən. O, bizim oyunumuzu yaşayır və onunla nəfəs alır. Buna görə də Adriana Lima bütün dünyada FİFA ilə azarkeşlər arasında əla əlaqə rolunu oynaya bilər”.



