2022-ci ilin fevralından bu ilin fevralına qədər...

10.02.2023 17:45 224
Dünya futbolu
Cessi Marşın “Lids” macərası bir il çəkib. Gözlənildiyi kimi, o, vəzifəsindən azad edilib.

Football-plus.az xəbər verir ki, amerikalı çalışdırıcı ilə birgə məşqçi heyəti də istefaya göndərilib.

Marş İngiltərə klubunu 2022-ci ilin fevralından çalışdırırdı. O, Bob Bredli və David Vaqnerdən sonra premyer-liqanın tarixinə ABŞ-dan olan 3-cü məşqçi kimi düşmüşdü. 49 yaşlı mütəxəssis ötən mövsüm çətin vəziyyətdə qəbul etdiyi komandanın premyer-liqada qalmasında mühüm rol oynamışdı. Lakin cari mövsümdəki nəticələr də ürəkaçan deyil.

“Lids” ölkə çempionatında 18 xalla 17-ci yerdədi.