"Arzu müəllim azarkeşlər arasında oyunu izləməyi sevsə də, 90 dəqiqə onlarla birgə olmur" - AÇIQLAMA

27.09.2022 11:57 568
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 7-ci turunun açılış matçı olan "Sabah" - "Turan Tovuz" qarşılaşmasında 2-ci hissənin əvvəlində mövsüm başlayandan Tovuz klubuna azarkeşlik edən deputat Arzu Nağıyev stadionu tərk etdi.

Football-plus.az saytı olaraq bunun səbəbini "Boz Qurd"un mətbuat katibi Süleyman Tağıyevdən soruşduq:

"Arzu müəllim stadionu tərk etməmişdi. Matçdan əvvəl futbolçulara yaxınlaşıb uğurlar arzulayır, oyun bitəndə də paltardəyişmə otağına gələrək kollektivi təbrik edir. Bu ənənə 7 turdu davam edir. "Sabah"la matçda da millət vəkilimiz bizimlə idi. Sadəcə, tovuzlu azarkeşləri salamladıqdan sonra VİP-dəki yerinə qayıdıb. Arzu müəllim azarkeşlər arasında oyunu izləməyi sevsə də, 90 dəqiqə onlarla birgə olmur".


ABDULLA İSMAYILOĞLU