“Qurban Qurbanovun komandası 2:1 hesabı ilə qalib gələcək”

23.02.2023 14:00 380
Aktual
“Qarabağ”ın “Gent”lə cavab qarşılaşmasına saatlar qalıb. Ağdam təmsilçisi tarixi ilkin astanasındadı. İndi hamını bir sual düşündürür. Görəsən, “köhlən atlar” Azərbaycan futbolu adına yeni tarix yaza biləcək?

Veteran futbolçu Mehman Yunusov Football-plus.az saytına açıqlamasında “Qarabağ”a inandığını söylədi:

“Qurban Qurbanov və komandası qazandığı nəticələrlə hamımızı uğura alışdırıb. Bu səbəbdən onlara inam çox böyükdü. Bakıdakı ilk görüş də göstərdi ki, Belçika təmsilçisi olmasına baxmayaraq, “Gent”lə oynamaq mümkündü. İkinci yarıda gördüyümüz “Qarabağ” həmin oyunu səfərdə də davam etdirməli, öz sisteminə sadiq qalmalıdı. Tələskənliyə yol vermək olmaz. “Gent” isə öz meydanında oyndığından erkən qol vurmağa çalışacaq. Bundan istifadə etmək lazımdı. Tələskənliyə yol verməsək, fərdi səhvlər olmasa, uğurlu nəticə qazanmaq mümkündü. Belçika klubu 90 dəqiqə ərzində səhv edəcək, müdafiədə boşluq verəcək. “Qarabağ”ın səfərdən qələbə ilə dönəcəyinə inanıram. Fikrimcə, Qurban Qurbanovun komandası 2:1 hesabı ilə qalib gələcək”.


RƏŞAD

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul