“Qurban Qurbanovun komandasına ən yaxşı məlhəm…” - Tarixi oyuna 11 saat qaldı

23.02.2023 13:00 392
Aktual
Bu gün bütün diqqətlər Belçikanın Gent şəhərinə yönələcək. Avropa fatehi “Qarabağ” şəhərin eyniadlı təmsilçisi ilə tarixi oyuna çıxacaq. “Köhlən atlar” “Gent” səddini keçəcəyi halda Azərbaycan futbolu adına daha bir ilkə imza atacaq. Xatırladaq ki, bir həftə əvvəl Bakıda baş tutan oyun Qurban Qurbanovun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Tanınmış futbol yazarı, sport24.az saytının baş redaktoru Ceyhun Əliyev Football-plus.az saytına açıqlamasında təmsilçimizin şanslarını dəyərləndirdi:

“Bu dəfə ilk oyundan da çətin qarşılaşma gözləyirəm. Rəqib cəmi 1 top geridədi və qol buraxmayacağı təqdirdə final fitinədək mərhələ adlamaq şansı qalacaq. Qurban Qurbanovun komandasına ən yaxşı məlhəm "Gent"in qapısına azı 1 dəfə yol tapmaqdı. Belədə 70-75 dəqiqədən sonra cütün taleyinin həll olunduğunu iddia etmək olar”.


RƏŞAD