""Qarabağ"la mübarizədə vəziyyəti dəyişmək mümkündü"

20.02.2023 14:01 245
Konfrans Liqası
Belçika təmsilçisi "Gent"in kapitanı Sven Kums Konfrans Liqasının pley-off mərhələsində evdə "Qarabağ"la baş tutacaq cavab oyunu haqda danışıb.

Football-plus.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında vəziyyəti dəyişməyin mümkün olduğunu deyib:

"Siz belə yarışlarda bunu edə bilərsiniz. Hər kəs "Qarabağ"la oyuna çox həvəsli və hazırlıqlı olacaq".

Belçikalı futbolçu həftənin gərgin keçməsinə baxmayaraq, özünü yaxşı hiss etdiyini bildirib:

"Başqalarını deyə bilmərəm,amma mən özümə qulluq edirəm. Nə qədər ki, gücüm var, oynamaq istəyirəm".

Qeyd edək ki, "Qarabağ" Bakıdakı oyunda "Gent"ə 1:0 hesabı ilə qalib gəlib. Sözügedən komandalar arasında cavab görüşü fevralın 23-də Belçikada olacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul