"Leyptsiq"in müdafiəçisi Coşko Qvardiol "Çelsi"yə keçmək imkanının olduğunu açıqlayıb.
Football-plus.az xəbər verir ki, futbolçu bu barədə danışıb. O, potensial transferi belə dəyərləndirib:
"Agentim mənimlə "Çelsi"nin maraqlandığını söylədi. Belə güclü klubdan təklif gələndə təbii ki, insan xoşbəxt olur. Lakin klubum məni satmaq istəmədi. Bunu qəbul etmək mənim üçün çox çətin idi".