• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qohumbazlıq, yoxsa sülalənin davamı? - YAZI

Yazarlar

11-02-2023, 23:0

Karlo Ançelottinin “Real”dakı əsas yardımçısı oğludu. O, 23 yaşından bəri top-klublarda çalışır.

Football-plus.az xəbər verir ki, Karlo Ançelottinin məşqçi karyerası artıq 28 ildi davam edir.

Ancaq italiyalı mütəxəssis hələ də bu peşənin elit təmsilçiləri sırasındadı və bütün top-liqalarda yararlı olan ideyalarını ortaya qoyur. Və müntəzəm titullar qazanır. Ançelotti məhz uğurlarına görə futbol dünyasında xüsusi statusa malik şəxs kimi qəbul olunur. Bu amil həm də Karlonun oğlu Davidenin sağ əli olmasını kölgədə qoyur. Bəlkə də düşünmək olardı ki, bu adi bir qohumbazlıq tarixçəsidi. Ancaq uğurun sinonimi olan mütəxəssis, çətin ki, oğlunun karyerası naminə öz imicini qurban verərdi.

Davide haqda nə bilirik?

Davide Ançelotti 1989-cu ilin iyulunda, atası “Milan”la Çempionlar Kubokunu qazanandan bir neçə ay sonra dünyaya gəlib. Kiçik yaşlarından futbol ulduzlarının – Qullit, Van Basten, Barezinin əhatəsində olub. Ancaq bu məqam onun başını gicəlləndirməyib, əksinə, Davide utancaq uşaq kimi böyüyüb. Düzdü, futbolçu karyerası alınmayıb – “Milan”ın akademiyasına gedən kiçik Ançelotti özündə bu oyunla peşəkar səviyyədə məşğul olmaq üçün istedad tapmayıb. “Daily Mail”ə müsahibəsində bunu etiraf edir: “Hamı futbolçu olmaq istəyir, ancaq mən dərhal anladım ki, bu yöndə istedadım yoxdu, odu ki, oxumağa qərar verdim. Hətta 5-ci divizion səviyyəsi üçün də hədsiz ləng idim”.

Təhsil sahəsində işlər uğurlu alındı – Davide UEFA lisenziyası almaq üzrə kurslarda yoldaşları arasında ən yaxşı nəticə göstərdi (B kateqoriyası üzrə imtahanda 140 baldan 137-ni, A kateqoriyası üzrə imtahanda isə 15 baldan 13-nü topladı). Tezliklə məşqçi karyerasına da başladı. 2012-ci ildə Karlo Ançelotti 23 yaşlı Davideni PSJ-yə - fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə çağırdı.

Belə güman etmək üçün tam əsasımız var ki, Davide bu işi yalnız qohumluq əlaqələri sayəsində qazanmayıb. Birincisi, qiymətlərə əsasən mühakimə yürütsək, o həqiqətən böyük peşəkardı. İkincisi, Ançelotti üçün yanında tam güvəndiyi və onunla komanda arasında birləşdirici bağ rolunu oynayan birinin olması çox vacibdi.

Belə görünür ki, Davide hər iki vəzifənin öhdəsindən layiqincə gəlir. Kiçik Ançelotti artıq illərdi futbolçuların hazırlıq planını qurmaq üzərində çalışır, bəzən məşqləri də özü keçir, daim idman elmi və təhlil sahəsində yeniliklər tətbiq edir. “Everton”dakı (Karlo ilə Davide 2019-21-ci illər aralığında bu klubda birgə çalışıb) qaynağın “The Athletic”ə dediyinə görə, bu klubda iki italiyalının münasibətləri istisnasız peşəkar xarakter daşıyıb – məsələn, Davide bir dəfə də iş yerində baş məşqçiyə “ata” deyə müraciət etməyib. Davide “Liverpool Echo” müsahibəsində atası ilə işi belə anladıb:

“Mənim məqsədim onda şübhə yaratmaq, öz fikrimi söyləməkdi. Onsuz da son qərarı o verir. Mən burda ona görə çalışmıram ki, daim “bəli, bəli, bəli” deyim. İstənilən köməkçi-məşqçi kimi məndə də “yox, mən sizlə razı deyiləm” demək üçün özünəinam var”.

Futbolçular niyə onu yüksək dəyərləndirir?

2021-ci ildə “Real”a dönmək imkanı yarananda Ançelotti bundan yararlanmaya bilməzdi. Beləcə hər ikisi Madriddə qərar tutdu. Hərçənd Davidenin “Everton”da baş məşqçi kimi qalmaq şansı var idi. Ancaq Liverpul klubunun sahibi Fərhad Moşiri təcrübəli Rafael Benitesə güvəndi. “Marca”nın yazdıqlarına inansaq, Davide Madriddə əlavə təsir gücü qazanıb. Məhz o bəzən paltardəyişmə otağında oyunöncəsi son çıxışı edir, Benzema kimi dünya ulduzları isə Davidenin onlara taktiki məqamların anlatmasından xoşbəxtlik duyur. “Marca”nın qaynağının dedikləri: “Elə bir hiss yoxdu ki, Davide yalnız soyadına görə bu komandadadı. O, məşqlərdə əsas danışan adamdı ki, bu da Karloya hər şeyə nəzarət etməyə imkan verir”.

Davide hər gün təcrübə qazanır – o artıq iki dəfə atasını baş məşqçi səlahiyyətlərini yerinə yetirən şəxs kimi əvəz edib. Karlonun oğlu “Real”a ilk gəlişində Kriştiano Ronaldo və Serxio Ramos kimi dünya ulduzları ilə dərhal dil tapmasıyla ispaniyalı jurnalistləri heyran etmişdi. “Everton”da isə paltardəyişmə otağında ab-havanı korlayan ingilisdilli və portuqaldilli qruplaşmaları birləşdirə bilmişdi. Burda Davidenin digər istedadı da işə yarayır – o poliqlotdu. İngilis, italyan, ispan, fransız dillərini bilir. Atası ilə “Bavariya”ya yollanmaq ərəfəsində isə alman dilini də mənimsəmişdi:

“Günlərin birində məşqçi olmaq istəyirəm və atam mənim üçün əla nümunədi. Onun oğlu olmaqda bəxtim gətirib. Bəzən razı olmadığım qərarlar da verir. Ancaq onda taktiki sadəliklə effektliliyi bir arada tutmaq istedadı var. Onun üslubu məsuliyyəti paylaşmaqdı”.

Davide işdə atasının üslubunu mənimsəməyə çalışır – sakit, ölçülü-biçili, ancaq dostcasına ünsiyyətə və qarşılıqlı hörmətə söykənən münasibətlər... Güclü bilik bazasının üzərinə unikal təcrübə və ünsiyyətcillik də gələndə Davide Ançelotti atasının işinin davamçısına çevrilir. Onun indi cəmi 33 yaşı var, ancaq 10 ildi qitənin ən yaxşı klublarında çalışır.

Belədə böyük müstəqil karyera quracağı günü çox gözləməyə dəyməz

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-08-2022, 22:0

Ançelottinin düşündürücü açıqlamasına sözardı

Dünya futbolu

10-09-2022, 18:0

Ançelotti ilə bağlı yeni plan

Dünya futbolu

14-08-2022, 17:0

“O mənim paltar dolabımda olan alt paltardan və köynəkdən daha artıq tutul qazanıb” - Yulian Nagelsmann

Dünya futbolu

18-01-2023, 17:0

13 il son ilk dəfə

Aktual
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
Son xəbərlər
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Dünən, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Dünən, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Dünən, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Dünən, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Dünən, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Dünən, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Dünən, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Dünən, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Dünən, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Dünən, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Dünən, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Dünən, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Dünən, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Dünən, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Dünən, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Dünən, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Dünən, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Dünən, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə