• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“O mənim paltar dolabımda olan alt paltardan və köynəkdən daha artıq tutul qazanıb” - Yulian Nagelsmann

Dünya futbolu

14-08-2022, 17:0

Karlo Ançelottinin uğurlarını izləmək ildən-ilə çətinləşir.

İtaliyalı təkcə bu il ərzində “böyük beşlik” (İngiltərə, Almaniya, İtaliya, Fransa, İspaniya) ölkələrinin hamısında çempionluğu bayram edən, Çempionlar Liqasını və Avropa Superkubokunu dörd dəfə qazanan ilk məşqçi oldu. Bütün bunlar adı çəkilən turnirlər üçün rekorddu.
“Ayntraxt” üzərindəki qələbə Ançelottiyə 24-cü titulu qazandırdı ki, bu da onu futbol tarixinin ən titullu italiyalı məşqçisinə çevirdi. Avropa Superkuboku uğrundakı oyuna qədər “Real”ın baş məşqçisi qeyri-rəsmi reytinqdə ilk pilləni özü qədər əfsanəvi Covanni Trapattoni ilə bölüşürdü. Hər ikisinin hesabında 23 qənimət var idi.

Ançelottinin son uğuru futbol dünyasının da diqqət mərkəzindədi. Onun məşqçi sexi üzrə həmkarları hər cür tərif yağdırırlar. Don Karlo hələ “Bavariya”nın “sükanı arxasına” keçəndə Trapattoni onun haqqında belə demişdi: “Ançelotti qeyri-adi dərəcədə təcrübəli mütəxəssisdi. Siz onun haqqında pis söz deyən adam tapa bilməzsiz. Ançelotti dünyanın ən yaxşı taktika ustalarından biridi, onun uğurları təsadüfi deyil”.
Simone İnzaqi isə çalışdırdığı “İnter”in “Real”la oyunundan əvvəl həmvətənini belə vəsf etmişdi:

“Ançelotti futbol tarixinin ən uğurlu məşqçilərindən biridi, onun titulları hər şeyi ortaya qoyur. Karlo əla mütəxəssisdi, onunla futbol haqda çənə vurmaq tam bir məmnunluqdu! O istənilən rəqibi məğlub etməyin yollarını bilir”.

Luçano Spalletti “Roma”nı çalışdırarkən Ançelotti haqda belə demişdi:
“O mənim böyük müəllimimdi. Karlo ən yaxşı italiyalı məşqçi, taktika ustasıdı. Mən hər şeyi ondan öyrənmişəm. Hər dəfə onunla şam yeməyi üçün əyləşərkən futbolla bağlı mümkün qədər çox şey öyrənməyə çalışırdım. Karlo əla məşqçi və adamdı”.

Ser Aleks Feryquson da həmkarının ünvanına kompliment deməkdən çəkinmir:
“Ançelotti yaxşı dostlarımdan və futbolun gördüyü ən yaxş baş məşqçilərdən biridi”.

“Real” “Mançester Siti” üzərindəki ev qələbəsindən sonra Çempionlar Liqasının finalına çıxarkən Massimiliano Alleqri belə reaksiya vermişdi:
“Mən yalnız bir söz demək istəyirəm. Karlonu təbrik etmək istəyirəm, ona görə ki, həqiqətən inanılmazı bacardılar. Həm də ona görə xoşbəxtəm ki, hətta qələbələr qazanandan sonra da onu tənqid edir, “dəbdə olmayan menecer” deyirlər. Həmişə deyirəm ki, dəblər dəyişir, ancaq klassika qalır. Mənə elə gəlir ki, Karlo klassik menecerdi. Heç vaxt dəbdən düşməyən göy və boz kostyum kimi”.

Bu gün futbol dünyasında Ançelotti ilə müqayisə olunmağı ən çox haqq edən mütəxəssislərdən biri də Pep Qvardioladı. Onda hələ italiyalı mütəxəssis “Everton”u çalışdırırdı. Pep İngiltərə kubokunun yarımfinal oyunundan əvvəl həmkarı haqda belə demişdi:
“Artıq neçə ildi məşqçilik etdiyini bilmirəm, ancaq Avropanın ən yaxşı klublarında – “Real”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus” və “Napoli”də çalışıb. Həmişə və hər yerdə uğura nail olub. Onun haqqında menecer və insan kimi danışanların nəyi nəzərdə tutduğunu bilirəm. Mən yenicə başlayanda Ançelottinin qayğıma necə qaldığını çox yaxşı xatırlayıram. Karyeramın ilk illərində onunla Milanda görüşdüm. Necə incə, qayğıkeş olduğunu indi də xatırlayıram. Ona heyranam. Ançelotti mənə “Milan”ın bir-iki məşqinə baş çəkməyə icazə verdi. Çox xeyirxah idi, həyat və futbol ilə bağlı bir qədər danışdıq. Adamların sənin qayğına qaldığını hiss etmək çox xoşdu”.

Vaxtilə ölkəmizdə çalışmış Yuri Syomin də həmkarını tərifləməkdən doymur:
“Çox simpatiya doğuran adamdı! Onun komandalarının belə nəticələrə nail olması təsadüfi deyil. Müasir futbolda zəngin və müstəqil oyunçularla gündəlik ünsiyyət şəraitində itələyici və özündənrazı insan olmaqla heç nəyə nail ola bilməzsən. Ançelotti möhtəşəm məşqçidi və bəzən hardasa onun guya böyük taktik olmadığını oxuyanda məni gülmək tutur. Taktika məşqçi üçün mühüm komponentlərdən yalnız biridi, Ferqyuson və Ançelotti bunu sübut edib! Yalnız taktika əsasında heç vaxt Çempionlar Liqasını və Avropanın beş aparıcı ölkəsinin çempionluğunu qazana bilməzsən. İtaliyalı isə bunu bacarıb”.

Deyəsən, Ançelotti haqda ən orijinal sözü Yulian Naqelsmann deyib:
“Karloya çox hörmət edirəm. O mənim paltar dolabımda olan alt paltardan və köynəkdən daha artıq tutul qazanıb”.

Nə deyəsən?! “Real”ın Avropa Superkuboku uğrunda oyundakı qələbəsindən sonra Ançelottinin titulları ilə Naqelsmanın paltar dolabındakı tuman-köynək arasındakı fərq bir qədər də artdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-05-2022, 20:0

Ançelotti futbol tarixinə düşdü

Dünya futbolu

27-03-2022, 20:0

Peres Ançelottiyə nə deyib?

Dünya futbolu

11-08-2022, 15:0

Ançelotti Qvardiolanı, Benzema isə Raulu keçdi

Dünya futbolu / Manşet

13-08-2022, 11:0

“Real” - “Ayntraxt” oyununda qeydə alınan maraqlı faktlar

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Bu gün, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Bu gün, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Bu gün, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Bu gün, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Bu gün, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Bu gün, 18:00
    Klublarımız 3-cü təsnifat mərhələsinin qapısını aralaya biləcəkmi? - YENİLƏNİR
  • Bu gün, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Bu gün, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Bu gün, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə