• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ançelottinin düşündürücü açıqlamasına sözardı

Dünya futbolu

21-08-2022, 22:0

Karlo Ançelotti bir neçə gün əvvəl “Real”ın karyerasında sonuncu komanda olacağını, təkcə futbolla yaşamadığını dedi.

Məsələn, aktrisa Zoi Saldana ilə dostluq onu “Star Trek”ə apardı, Ançelotti orda həkim rolunu oynadı. İtaliyada Karlonun tanışları arasında çoxlu məşhurlar var. “Parma”nın xavbeki yeniyetməlik vaxtı böyük rejissorların qatıldığı unikal oyunun da iştirakçısı olub. Əksər böyük məşqçilər psixopatdı. Ancaq klinik yox, sosial mənada. Ağıllı Holann dərhal Qvardiolanı “oxudu” – yaxşı kişidi, dəli deyil. Məsələn, Klopp bir neçə gün əvvəl hazırlıq oyununda baş məşqçinin haqsızlığını göstərmək üçün az qala ehtiyat hakimin boynundan sallananda psixopat rejimində idi. Demək istədiyimiz odu ki, bu dünyada emosiyalarını ən fərqli şəkildə izhar edən məşqçilər var.

Yeniyetmə çağlarından fleqmatik olan Ançelotti isə insanlara sevgisini qoruyanlardandı, hərçənd karyerası boyunca qeyri-adi dərəcədə mürəkkəb personajlarla çalışıb. Karlo vəhşi tərəfini gizlətməyi bacarır. Baxmayaraq ki, italiyalı mütəxəssisin belə tərəfləri də var. Məsələn, PSJ-ni çalışdırarkən Fransa kubokunda “Evian”a məğlubiyyətdən sonra qapını sındırmış və qutuya necə təpik qoymuşdusa, İbrahimoviçin başına dəymişdi. İsveçli ulduz heç nəyi vecinə almamışdı, Zlatan psixləri sevir və belələrinə hörmət edir, çünki özü də onlardandı.
Karlo yazda zarafatla demişdi ki, ağlını itirməsə, 80 yaşına qədər “Real”ı çalışdırmağa hazırdı. Bu dəfə isə daha ciddi danışıb – Madrid klubundan gedəndən sonra karyerasını bitirəcək, çünki belə ciddi qərar üçün bundan ideal vaxt ola bilməz. Məşqçi karyerasında 24 kubok var, yoxsa daha artıq – bu məqam Ançelotti üçün önəmli deyil. İstisna olunmur ki, indiki halda futboldan getmək qərarı həm də Karlonun yeni xanımı və onun xoşbəxt qocalığa dair düşüncələri ilə bağlıdı.

Ançeloti 2008-ci ildə yeniyetməlikdən bəri birgə olduğu Luizadan ayrıldı. İlk xanımı onun Katia adlı qızının və Davide adlı oğlunun anasıdı. Ançelotti boşanmadan üç il sonra Merien Makkley ilə tanış oldu. Bankir xanımla yolları “Çelsi”də işləyərkən kəsişdi. Bir üç il də keçdi və ailə qurdular. Aydındı ki, Merien təqaüd yaşına çatan əri ilə istirahat etməyi daha çox istəyir, nəinki həftəsonları onu televizorda görməyi.

Karlo doğmaları ilə əhatələnib
Peşəkar səyyahların ailə problemləri olur. Narazı həyat yoldaşları belə hallar üçün normadı. Və uşaqlarını şəxsən tərbiyə edə bilməyən istənilən ata qəlbinin dərinliklərində özünü günahkar sayır. Ançelottidə belə kompleksin olduğu dəqiqdi. Bu üzdən oğlu Davide onun köməkçisidi. 33 yaşlı italiyalının futbol karyerası alınmayıb. “Milan” məktəbinin məzunu istedadının olmadığını etiraf edib, təhsil dalınca Parma Universitetinə yollandı.

PSJ-də işə atasına görə düzəldi, ancaq sonradan səviyyəsini göstərməli oldu. Atasından fərqli kiçik Ançelotti çoxlu dil bilir. “Bavariya”da, “Everton”da iş təcrübəsi qazanıb. İndi “Real”la Çempionlar Liqasını qazandı. Hərçənd 2014-də də klubda idi. Devide gənc, ancaq təcrübəli məşqçidi. Karlo Ançelotti əsl ailə adamıdı. İndi növbəti dəlili də deyəcəyik.

Don Karlo Katia ilə Mino Fulkonun toyunda oxudu, ini isə kürəkənini arxasınca dartır. “Bavariya”da, “Napoli”də birgə çalışıblar, Karlo Liverpulda kürəkəni ilə eyni oteldə qalırdı. Ançelotti üç il əvvəl Lukas və Leon adlı əkizlərin babası olub – oğlu Davidenin rəfiqəsi ünlu baş məşqçiyə karyerasını bitirmək, təqaüdçü kimi nəvələri ilə əylənmək üçün daha bir əsas verib. Ata futboldadısa, baba artıq çəkilə bilər.
Davide bacarıqlı məşqçi olacaqmı? Mümkündü, hərçənd futbolçu sülaləsi ilə müqayisədə məşqçi sülaləsi yaratmaq daha çətindi. Yüksək intellekt, adamlarla işləmək bacarığı da lazımdı. Yalnız futbol bilikləri və böyük klublarda yardımçı təcrübəsi azdı. Ançelotti ilk xanımın həyatdan çox tez (ötən il dünyasını dəyişib) getməsinə də təəssüflənir, yaxınlarını gözdən uzağa buraxmaq istəmir.

Baba özü üçün yaşamaq istəyir
Ançelottinin təqaüdə çıxması ilə bağlı söhbətlər başqa səbəbdən də vacibdi. “Barselona” çempionluq yoluna düşsə və ya “Real” ÇL-in pley-offunun elə ilk mərhələsində mübarizəni dayandırsa, Florentino Peres dərhal çıxış yolunu baş məşqçini qovmaqda görəcək. Klub prezidenti Zidana və Ançelottiyə hörmət edir, ancaq uğursuzluq halında əfsanələrin də gözünün yaşına baxmır. O, Karloya da müvəqqəti baş məşqçi gözü ilə baxırdı.

Ancaq indi hər şey fərqlidi. Komanda Ramos, Beyl, Ronaldo kimi “nazlı” ulduzlardan qurtuldu. Böyük adlar qalır. Ancaq hələ “Milan”da futbolçu olarkən Ançelotti ətrafdakı əfsanələrlə yaşamağa öyrəşib, sonra isə baş məşqçi qismində biliklərini möhkəmləndirib. Çoxlu səyahət edib və heç də hər yerdə uğur qazanmayıb, ancaq məhz Karlo “Real”ı 12 illik fasilədən sonra Çempionlar Liqasında zirvəyə qaytardı. Və son mövsümdə bu turniri artıq Ronaldosuz qazandı.

İtaliyalı mütəxəssis əfsanədi, bu fikirlə bağlı mübahisə etmək axmaqlıq olardı. Ancaq futbolu atmaq, Vankuverdə və ya Romada yaşamaq, kitab oxumaq, filmə baxmaq, xanımı və dostları ilə restoranlarda şam yeməyinə oturmaq istəyirsə, bunu tam haqq edir. Ançelottinin atası 87-yə qədər yaşadı, Karlonun isə yalnız 63 yaşı var. Bütün həyatı futbolda keçib, hər şey uğurlu olanda bir qədər darıxdırıcı olur, ancaq indi o qədər gənc də deyil ki, uğursuzluqlara və böhrana dözsün.

Məşqçilər, adətən, dayanmağı bacarmırlar. Ançelotti nümunə göstərsə, deməli, tam adekvat adamdı. Elə buna görə də Karlonu sevirlər. Əlbəttə, ideal deyil, beləsi yoxdu. Ancaq onun haqda təkcə güclü məşqçi yox, həm də yaxşı adam kimi danışırlar. Əfsanəvi məşqçilər, adətən, çox yaşamır, hədsiz əsəbi peşədi. Və Karlo tezliklə getmək qərarı verməklə özünü yaxınları üçün sağlam saxlamaq istəyirsə, çox müdrik qərardı.

Hələlik isə yeni mövsümün yükünün altından çıxmaq lazımdı. Mbappeni almaq üçün vurnuxan, sonda hədəfinə çata bilməyən “Real”ın güclənən “Barselona”nın təzyiqinə davam gətirib-gətirməyəcəyi maraq doğurur. Bir sözlə, Ançelotti indi ilk növbədə yeni mövsümün qayğıları ilə yaşamalıdı, ondan sonra artıq getmək niyyətini gerçəkləşdirə bilər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-05-2022, 15:0

Ançelotti "Mançester Siti" tilsimini qıra bilmir

Dünya futbolu

29-04-2022, 22:0

Ançelotti Poçettinonun sözlərinə cavab verdi

Çempionlar Liqası

5-05-2022, 14:0

Ançelotti Çempionlar Liqasında rekord qırdı

Aktual
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
Son xəbərlər
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə