Polşada 2022-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Qalibin kimliyi heç kimi təəəccübləndirməyib.
Bu nominasiyada “Barselona”nın hücumçusu Robert Levandovski 1-ci yeri tutub. Polşa Futbol Assosiasiyasının mətbuat xidmətinin məlumatına görə, milli komandanın kapitanı karyerasında 11-ci dəfə fərdi mükafata sahib çıxıb. Robert ötən il “Bavariya” ilə Almaniya bundesliqasının qalibi olmuş, yığma ilə Qətərdə keçirilən dünya çempionatında iştirak etmişdi.